Biz hara qaçırıq?

Son illərdə hər şeyin rahatlağımız üçün inkişaf etdirilməsi ilə əlaqədar olaraq, bu rahatlaşma sayəsində artan vaxt və imkanımızdan ətrafımıza, sevdiklərimizə, bizim qayğı və dəstəyimizi gözləyən neçələrinə bu haqqlarını vermirik. Bu artan vaxt və imkanı boş şeylərə xərclədiyimizdən isə çox nadir hallarda xəbərimiz olur. Çünki bizim rahatlığımız üçün nəzərdə tutulan xidmət və vasitələrdən lazım olduğundan çox daha istifadə edirik. Bu balansın pozulmasından ən çox əziyyət çəkən hislərimizdir. Problemi olan mahnı dinləyir, ağlayır, sakitləşir. Sevinmək, gülmək istəyən komediya izləyir, özünü tapmağa çalışan kino qəhrəmanlarında bu ehtiyacını ödəyir. Kimsə bizə hər hansı yaxşılıq etmədən ona xoş söz demirik, halbuki hər gün bunun 100 qatından çox mənasız mesaj yazıb-oxuyuruq. Çoxalan vaxtımız hislərimizi daha rahat və ətraflı ifadə etməyimizə yardım etmək əvəzinə maddi həvəslərlə başımızı qatırıq.

Hamımız bir yerlərə yetişmək təlaşındayıq. Kimimiz işə, kimimiz dərsə, kimimiz görüşə tələsirik. Bir-birimizə yüklədiyimiz bu təlaş üzündən bu anda nə etdiyimizi belə bilmirik. Soruşsaq çoxlarımız yediyimiz yeməklərin ad və dadını axrıncı dəfə kimə sarıldığımızı belə xatırlamarıq. Yatanda belə yerimizin bizə verdiyi rahatlığı yox neçə saat yatacağımızı sabah nələr etməli olduğumuzu düşünürük. Təbəssümü şəkil xatirinə edirik. Şəkillərdə hamı xoşbəxtdir. Amma bu şəklin çəkilmə anı qədər qısa müddətlidir. Çünki biz yaşamırıq, biz qaçırıq. Gələcəyə qaçırıq. Bizim olan bu günü qoyub məchul olan gələcəyə qaçırıq. Gün gəlir bu qaçaqaçda da bir gün ürəyimiz partlayib ölürük və hələ bir də utanmadan bunun adını məntiqli yaşamaq qoymuşuq. O qədər qurumuşuq ki doğmalarımıza nəsə olanda da adi qarşılayırıq, çünki sarılmamışıq onlara, oxşamamışıq onları, hiss etməmişik onları.

Artıq əşyalarımızı sevir. insanları istifadə edirik. 6 ay kreditini belə tam ödəmədiyimiz telefonu alınmaz qala kimi qoruyuruq, valideyn və övladlarımızın qəlbini düşünmədən bu kimi şeylərə görə qırmaq isə vecimizə də deyil. Biz artıq insanlıqdan çıxırıq, saatla işləyən robota çevrilirik. İstirahət vaxtımız ailəmizə yox, müdirin müəllimin necə gözünə girmək barədə plan qurmaq və ya buna bənzər şeylərlə keçir. Yanımıza yaxınlaşanada anında qaydalar lövhəmizi göstəririk və onlardan buna qeyri-şərtsiz əməl etməsini tələb edirik. Mənim daha vacib işlərim var, mən sənin kimi bekar deyiləm, mənim vaxtım hər şeydən hətta sizdən də dəyərlidir kimi ifadələrlə onları da aşağılayırıq.

Biz bioloji varlıq olmaqla bərabər həm də sosial varlıqlarıq. Bizim insanlarla ünsiyyətə, qayğıya qarşılıqlı ehtiycımız var. Bir duraq, dərindən nəfəs alaq, hara və niyə getdiyimizi özümüzdən soruşaq. Sevdiklərimizə sarılaq, onlarla maraqlanaq, təbii ki onlar hələdə yaşayırlarsa. Bəlkə bu qaçaqaç heç bizə lazım deyil. Bu gedişlə davam etsək bir müddət sonra sarılmaq, əl vermək toxunmaq ya qanunla qadağan olunacaq, ya da hər hansı rüsum ödəndikdən sonra baş verə biləcək hala gələcək. Axı biz onun rahat hissizləşməsinə daha tez zombiləşməsinə mane oluruq...

Yazdı: Murad Akifsoy

loading...
Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər