Bu yazını oxuyanda əslində nə qədər sadə və təsirli bir üsul olduğunu anladım. Yazı da da qeyd edildiyi kimi;Şüuraltı dediyimiz şey, şüurun mində 999-unu yaradır. Yəni siz bu anda məni mində 1 səviyyəsində görürsünüz.

 

Gözün çalar hərəkətləri sizin hazırda görmədiyiniz şeyləri də görür. Göz davamlı bir araşdırma içindədir. Araşdırır və aldığı məlumatları beyinə ötürür. Bu dediklərim elmi göstəricilərdir. Biz, normal şərtlərdə gözümüzün çalar hərəkətləri ilə beynimizdə toplanan şeylərin çox azını xatırlayırıq. Amma məsələn, marketə getdiyimizdə, 10 ədəd yuyucu arasından 1 dənəsini çəkib alırıq. Yəni gördüyümüzdən və də duyduğumuzun fərqində olmadığımız şeylərin, şüur səthinə çıxaraq bizə o malı aldırması söz məsələsidir.

 

Gözümüz fərqində olmadan ətrafdakı obyektləri və bir anlıq mövqelərini beyinə ötürür və bu şəkildə fərqində olmadan bəzi mesajlar ilə "təsirlənirik". Bunun reklam sahəsində istifadə edilməsi ilə əlaqədar olaraq;

 

1960-cı illərdə Amerikada takistoskop deyilən bir cihaz sayəsində reklam agentləri, beyinə istiqamətlənməyin reklamın səmərəliliyini artırmaqda daha funksional olduğunu hiss etdilər.

 

Bu texnoloji quruluşu hərəkətli görüntülərlə məhdudlaşdırmamaq lazımdır. Eşitmə və görmə insanların şüuruna müdaxilə edə bilən duyğular və bu duyğuları istifadə edilərək reklam hazırlanır. Bunlardan;

 

5 İyul 1971-ci il tarixli Time-ın arxa üzündə çıxmış Gilbeys London Dry Gin reklamı. Reklamda stəkandakı buzlar üzərində “sex” yazır. Bu reklam sayəsində Gilbeysin 1.5 milyon dollarlıq satış etdiyi müəyyən edilib.

 

Ən təsirli reklamlara nümunə olaraq verilən bir marka, Camel. Hələ də harada oluruqsa olaq, dəvə fiquru bizə bu marka xatırladır. Bununla əlaqədar olaraq;

 

Camel bunu 1913-ci ildə edib. Bu elmin 90 il əvvəl Amerikada çıxmış olduğunu göstərir. Bunu, yəqin ki, artıq loqomuz deyərək qəbul etdirmiş olurlar. Camel’in qadağan olunmuş reklamı Camel satışlarını yüzdə 5-dən yüzdə 32-yə çıxarmışdı.

Smooth character adlı reklam kampaniyası Camel 1990da siqaret çəkməyə başlayan gənclər arasında seçim edilmə faizini 1.5 il ərzində yüzdə 32-yə çıxardı. Camel şüuraltı reklamını çox yaxşı istifadə etmiş bir markadır. Dəvə fiqurunu artıq harada görürsək görək beyin bunu Camel’lə əlaqələndirir.Smooth character kampaniyasında Camel’in dəvəsi hər biri cinsəllik çağırışı olan bir çox formaya girmişdi.

 

Bəs beyinə birbaşa mesaj –söz- verməkdən başqa yolları varmı bu sistemin? Bunda da bəzi reklam texnikalarında istifadə edildiyini öyrəndim.

 

Reklamla bağlı elmi olaraq sübut olunmuş bəzi həqiqətlər var. Bunu biz də ciddiyə alırıq. Məsələn, qadınlara qarşı reklamda oval və ellips xətlər istifadə etmək, kəskin xətlər istifadə etməmək. Ya da rənglər. Qırmızı rəng qadınlar üzərində daha çox təsir oyadan bir rəngdir. Məsələn, eyni yuyucu tozlar, sarı, mavi və sarı mavi qarışığı 3 ayrı qutuya qoyulur. Sarı qutudan yuyanlar gözəl yuyur, mavi qutudan yuyanlar gözəl yumur deyir. Sarı rəng qarışığı qutudan yuyanlar isə mükəmməl yuyur deyirlər. Yəni rənglər qərar vermə mexanizmlərində bu qədər təsirlidir.Mc Donaldsın sarı qırmızı rəngləri şüuraltında ən çox yer edən rənglərdir. 1980 Moskva olimpiadalarında, Ruslar öz oyunçularının otaqlarını qırmızı, rəqib komandanın oyunçularının otaqlarını isə mavi rənglə işıqlandırdılar.

 

Mavi insanı tənbəlləşdirər, qırmızı isə canlandırar hərəkətə sövq edər. Eyni şəkildə, İngiltərə milli komandası, 2 il əvvəl güman edirəm, Türkiyəyə gələndə biz ağ forma geyəcəyik siz də qırmızı forma geyin dedilər. Bu o zaman da mövzu edildi. Məqsəd bu: Ağ saflığı təmizliyi təmsil edir, qırmızı isə canlandırır, hərəkətə gətirici bir rəngdir. Onlar qırmızı formalı Türk komandası qarşısında çıxışlarını artırdılar. Bunlar insan təbiəti ilə bağlı göstəricilərdir.

 

VİZUAL SAHƏDƏ SUBLIMINAL İSTİFADƏLƏR

 

1900-cü illərdə Knight Dunlap adında Amerikalı bir psixologiya professoru illüziya şousu edərkən şüurun fərqində olmadığı "hiss edilməz kölgə" lər istifadə edərək eyni uzunluqdakı iki xətti tamaşaçıların fərqli hiss etməsini təmin etmişdi.

 

1957-ci ildə market tədqiqatçısı Ceyms Vicary kino ekranında çox sürətli bir şəkildə parlayan mesajların insanların ərzaq üzərindəki üstünlüklərini təsir etdiyini bildirib. Və ilk olaraq "şüuraltı reklam" (subliminal advertisement) tanınmasını istifadə etdi. Vicary, apardığı tədqiqatda takistoskop adı verilən cihazla filmlərin arasına "Caca Cola İç" "Partlamış Qarğıdalı Ye" mesajları qoydu. Bu mesajlar saniyənin 1/3000 qədər qısa bir vaxtda görünür və hər 5 saniyədə bir təkrarlanırdı. Bu filmin arxasından Nyu Jerseydəki Cola satışlarının% 18.1 ilə% 57.5 arasında artdığı müşahidə olundu.

 

Bunun kimi daha bir çox nümunə və açıqlamanın yer aldığı bu yazını da oxumalısınız.

 

Bu məsələnin Türkiyə ilə olan əlaqəsi və istifadəsi haqqında Baki Günayın bu yazısını oxuya bilərsiniz.

 

İSTİFADƏSİNƏ DAİR

 

Qısa bir araşdırma nəticəsində bu üsul ilə insanların kompüter başında özlərini motivasiya etmək məqsədilə hazırlanmış bəzi proqramlara rast gəldim və bunlardan biri də türk istehsalı idi, ancaq sonra bu proqramın dayandırıldığını öyrəndim.

 

WEB REKLAM SAHƏSİNDƏ İSTİFADƏSİ

 

Web saytlarında ilk reklam çarxı nəşr olunduğundan bəri bu mövzuda bir çox hadisənin şahidi olduq. Bəs sonrası?

Hazırda videolar arasına text reklam qoyulacağı üzərində söhbətlər var, bəs ağlımız, nə vəziyyətdə? Youtube-da tutduğumuz bir videonun ya da oynayan bir reklam çarxının içərisində beynimizə müdaxilə edən amillərin olmadığını necə biləcəyik? Televiziya verilişləri kimi sahələrdə bunlara nəzarət edən orqanlar var, bəs internet?

 

Milyardlarla insanın istifadə etdiyi və vaxtını dar bir qutuya baxaraq keçirdiyi bu sahədə aparılacaq bir sistemin nə kimi nəticələri olacaq ya da ola bilər? Bir kompüter oyununda, ya da? Filmdə? Dinlədiyimiz bir musiqidə?

  

TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI

Mənbə:Cazibe.info

Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər