İnam – sürülü cəmiyyətdən inqilabi dövrə qədər insanın bütün qırılma nöqtələrində qoruyub saxladığı fundamental anlayışdır. İnanmaq sektant bir qavram olduğu üçün insanın artıq genetik kodlarına yayılıb bu səbəbə görə də insan təbiətən bütün sos pisxoloji vəziyyətlərdə inanmağa məhkumdur.

Bütün ideoloji, siyasi və məişət kontekstlərinə nəzər salınan zaman inamın böyük bir güc və idarəçilik sistemi olduğunu əks hərakatlanmanın isə böyük bir günah və səhvlik olduğunu tarixi antroplogiya və sosiologiya rahatlıqla görə bilərik. Böyük intibah dövrü və yenindən yapılanma zamanı intellektin hökümranlıq gücünün artması inam fikirnin fundamentlərinə böyük zərbələr vuraraq  yeni adekvatlar ortaya çıxardı ki, son etibarı ilə böyük tirələnmə və alternativler meyadanı yarandı.

 

İnamın ən böyük güc sahəsini dini və ya ilahi inam yaradır. Qədim dövrlərdən nəzər salsaq insanları beyinlərinin düşünə bilmədiyi və izah edilməz hadisələrə ( qeyri-müəyyənlik sahəsi) ilahi güc qataraq mifik bir gücə inam formalaşdırdı ki, nəticə etibarı ilə ondan sonra gələn böyük 4 səmavi din və ya Hinduizm, Buddizim, Konfuizm kimi böyük dinlər uzun zamanlardır ki, inam metodu ilə fərqli irqli və düşüncələri dini inam adı altında bir dam altında toplayıb idarə edir. Böyük fələsəfi dönəmlərdə dini inamın qırılma nöqtələri olan Ateizm, Deizm, Agnostizmvə ya Panateizm kimi cərəyanlar yarandı ki,fonunda dini inam bunu inamsızlıq, təbiətin və ilahinin varlığna şübhə kimi, qəbul edib öz idarəçi konteksində cəza metodları yaratdı. Cihad, Səlib yürşləri və Qalileyin edamı kimi hadisələr buna tarixi nümunədir.

 

İkinci böyük İnam gücü olan siyasi inam və ya idarə etmə dini inamdan fərqli olaraq tarixin fonunda çox xaos və deqradasiyaya uğrayıb ki, bu da burdakı qırılma nöqtələrinin və hərkatlanmanın potensial tesirinin göstəricisidir. Burdakı böyük inam krala sədaqət göstəricisi idi.İlkin siyasi tarixdə Diktator və Monarxi dövrünə nəzər yetirsək burda ki, inamsızlıq “Krala xəyanət, ölkəyə xəyanət” olaraq qəbul edilib, cəmiyyət tərəfindən qınaq (şüursuz şəkildə) meydanlarda cəzalandırma metodları tətbiq edilirdi ki, nəticə etibarı ilə sülalələrin əsirlik idarəçiliyinə gətirib çıxardırdı, lakin böyük siyasi inustutlaşma dövrlərnin başlaması modern Demokratiya və Respublika anlayışlarının yaranması artıq inamsızlığı fərd konteksindən çıxarıb ümumi anlayışda baxmağa vadar etdi . Burda da  prinsip etibarı ilə olan inamsızlıq “vətənə xəyanət” anlayışı altında hökümran oldu. Burdakı inam isə “vətənə- millətə xidmət, yüksək insani keyifiyyət” göstərici oldu . Qısaca böyük vətəndaş mövqeyi moderin siyasi inamın fonunda yarana bildi.

 

Üçüncü fundamental və lokal inam “ailə- məişət” inam sistemidir. Qarşılıqlı cütlüklər və firavan ailə , sülalə tablosu yaratmaq üçün hər zaman patriaxaq gücə qadının yüksək inamı əxlaqlı ailə və qadın nümunəs oldu. Dinlər dövrünə nəzər saldığımız zamanı da inamsızlıq qadına aid edilib, xəyanət və axlaqsızlıq adı altında böyük şəriət cəzalarına məruz qalıb. Müasir idarə etmə və məhkəmə sistemi məişət inamszılığını mədəni qanuni konteksdə həlli yolları təklifi irəli sürərək gender faktornu nəzər alıb, lakin dinin böyük güc sahibi olduğu yerlərdə hələ də inamsızlıq ailədə əsas güc ATA tərəfdən deyil qadın və uşaqlar tərəfdən olur ki, dini şəriət də hər zaman buna patriaxaq yöndən həllər təqdim edir.

 

Son olaraq fərdi inama baxsaq insan yaşam fəaliyyətində “Böyük və Ümüdlü Gələcək” şüarı altında yaşamını sürdürməsinə yönəlik bir inam dayanır. Fərdi inamsızlıq adekvat olaraq fərdi intahara və ya nihilizmə (vecsizlik)  gətirib çıxarır o zaman kütləvi inamsızlıq da kütləvi intahara getirdiynə görə mütləq şəkildə insan bir nəsnəyə inanmağa məhkumdur. Məqalənin də önündə deyildi kimi artıq inam insan doğulduğu andan etibarən zamanla təh-təl şüura yeləşir və insan bütün qırılma nöqtələrində ilahi,siyasi və ya digər inama əl ataraq yaşamını sürdürür. İnam böyük bəşəriyyətin təkan verici və balanslayıcı qüvvəsi olaraq insan övladı var olduqca qalacaq təbii ki, zaman-zaman kiçik və ya böyük deqradasiyalar olsa da heç bir zaman öz mahiyyətindən kənara çıxmayacaq.

 

Fərid Məhərrəmli

 

Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər