SƏNAYE MÜHƏNDİSLİYİ GÜNÜ

İlk dəfə təşkil olunacaq “Sənaye Mühəndisliyi Günü“ Qafqaz Universiteti, Sənaye Mühəndisliyi Klubu, Lean Consulting, Kurslu-nun təşkilatçılığı ilə baş tutacaqdır. Bu tədbirin köməyi ilə Sənaye Mühəndisliyinin tədris olunduğu Azərbaycan universitetlərinin tələbələrini və akademik heyətini, müxtəlif müəssisə və şirkətlərdən nümayəndələri, Sənaye Mühəndisliyi məzunlarını eyni gündə, eyni məkanda görüşdürməyi hədəfləyirik.

Məqsədimiz sürətlə inkişaf edən dünyada Sənaye Mühəndisliyinin yerini və əhəmiyyətini müxtəlif aspektlərdən müzakirə etmək, ixtisasın üstünlüklərini tələbələrə praktikada bu üstünlükləri birbaşa müşahidə edən və yararlanan şəxslərin dilindən çatdırmaq, potensial iş sahələri və bu sahələrdə uğurlu fəaliyyət göstərmək üçün hələ universitet illərində qazanılmalı olan bacarıqlar haqda tələbələrin məlumatlandırılması, Sənaye Mühəndisliyi haqda məlumatın artırılması və ölkəmizdəki gələcəyin Sənaye Mühəndisləri arasında şəbəkələşməni gücləndirməkdir.

Tədbirin əsas fokus qrupu Sənaye Mühəndisliyində təhsil alanlar və iş həyatı Sənaye Mühəndisliyi ilə bağlı şəxslər olsa da, tədbirimiz digər mühəndislik sahələri ilə bağlı olan, həmçinin Sənaye Mühəndisliyinə maraq duyan digər şəxslər üçün də açıqdır. Xatırladaq ki, tədbirimizdə iştirak tam ödənişsizdir.

Tədbirdə iştirak üçün aşağıdakı linkdən formu doldurmağınız xahiş olunur:
https://goo.gl/ebTcYR

Məkan: Qafqaz Universiteti, əsas bina, akt zalı

“Sənaye Mühəndisliyi Günü” ilə bağlı yenilənmələr haqqında xəbərdar olmaq üçün facebook səhifəmizi mütəmadi olaraq izləməyiniz məsləhət görülür:
https://www.facebook.com/qusenayeklubu/

Əlavə məlumat üçün:
Email: qusenayeklubu@gmail.com
Telefon: +994774643632
Ünvan: Həsən Əliyev küçəsi 120, Xırdalan

loading...
Paylaş:

Etiketlər:senaye,muhendis,sənaye,mühəndis

Fikirlər