ASAN Wi-Fi ilə bağlı ideya düşün, 1000 AZN qazan

İdeya Bankı ASAN Wi-Fi sisteminin təkmilləşdirilməsi ilə bağlı  müsabiqə elan edib. Sistemlə bağlı bir ideya düşünüb,  İdeya Bankına (www.ideyabanki.com ; www.ideya.az ) göndərə  və qalib ola bilərsiniz.

Göndərilən ideya üzrə tələblər:

–    Ziyarətçiləri wifi-dan istifadəyə cəlb etməlidir.

–    Ziyarətçiləri reklamın kontentini diqqətlə izləməyə sövq etməlidir.

–    Şirkətləri məhz ASAN Wi-Fi vasitəsilə reklam yerləşdirməyə həvəsləndirməlidir.

– ASAN Wi-Fi şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üçün ictimai obyektləri əməkdaşlığa təşviq etməlidir.

İdeyaların qəbulu mərhələsi 30 dekabr 2016-cı il tarixinə kimi davam edəcək.

Müsabiqənin müddəti göndərilən ideyaların keyfiyyətindən asılı olaraq uzadıla bilər. Ən yaxşı ideya sahibinə 1000 AZN mükafat veriləcək.

Diqqət: İdeya əsaslandırılmalı və izahedici olmalıdır. İdeya lazımı qədər əhatəli, lakin eyni zamanda, mümkün qədər qısa və konkret şəkildə izah edilməlidir. ASAN Wi-Fi sistemi ölkə ərazisində, xüsusi ilə ictimai yerlərdə əhalinin ödənişsiz olaraq internetdən istifadə imkanlarının təmin edilməsi məqsədilə yaradılıb.

loading...
Paylaş:

Etiketlər:idea,asan,wifi,1000azn

Fikirlər