NİYƏ 8 SAAT İŞLƏYİRİK?

1840-cı il fevral ayının 8-də Samuel Parnell adlı bir dülgər Yeni Zelandiyaya iş səfərinə gedir. O tez bir vaxtda mağazanın tikintisi işi tapır, lakin yerli iş bazarını analiz edərək şərt qoyur: səkkiz saatlıq iş rejimi. Bunu belə izah edir: “ Sutkada 24 saat var, onun 8 saatı işə, 8 saatı istirahətə və 8 saatı isə yuxuya sərf olunmalıdır. Bəli, mən dəli olmamışam, Londonla müqayisədə sizdə professionallara daha çox ehtiyac var”.

İşlə yatmaq arasında olan boş vaxtlarını Sem limanda keçirirdi, burada o gələn immiqrantlara bu fikirləri çatdırırdı. Bu ideyanı hər kəs bəyəndi, xüsusən də azad olmuş məhkumların xoşuna gəldi. 1840-cı ilin oktyabrında gəzinti zamanı bundan artıq işləməyə razı olanları limana atmaq qərarı verildi. İdeyanın cəzb etməsi və cəza qorxusu “888” rejimində işləyənlərin iş rejimi yeni Zelandiyada sürətlə yayıldı və Avstraliyaya keçdi. Bütün bunlar da tətil və nümayişsiz keçinməyib. 8 saatlıq iş rejimi hərəkatının başında inşaatçıların olduğuna görə hələ də bəzi Yeni Zelandiya və Avstraliya binalarında 888 yazılarını görə bilərsiniz.

loading...
Paylaş:

Etiketlər:zaman,time,ish,saat,menecment

Fikirlər