NATİQLİK NƏDİR?

 

  "Natiq" sözü  "nitq, çıxış edən"  deməkdir. Özünün ictimai əhəmiyyətli fikirlərini anlaşıqlı, inandırıcı, təsiredici bir şəkildə ifadə etməyi  bacaran adam əsl natiqdir. Natiqin  silahı canlı sözdür. Natiqlik qabiliyyəti üçün hər şey – mətnin məzmunu, intonasiya, davranış tərzi, jestlər, mimikalar lazımdır.

       Ən zəngin mənəviyyata malik olan insan da üzərində müntəzəm işləməsə, dünyanın yeniliklərindən, ətrafda baş verən hadisələrdən, dilin qrammatikasından xəbərdar olmasa, bu yerdə hansısa istedadın da köməyi olmaz. Canlı söz ustalığı və natiqlik sənəti, ilk növbədə, insandan böyük zəhmət tələb edir.

      Natiqlik sənətinin əsas materialı sözdür. Ona görə də bu materiala mükəmməl yiyələnmək gərəkdir. Hər şeydən əvvəl, insan öz leksikonunu zənginləşdirməlidir.

   Natiqlik adicə danışmaqdan ibarət deyil. Natiq onu əhatə edən adamların sözünə diqqətlə və düşüncəli şəkildə qulaq asmalıdır. Onda dinləyici ilə danışan arasında söz körpüsü qurulur, anlaşma yaranır. 

     Nitqin bir mühüm cəhəti də qısa olmasıdır. Natiq nə qədər öz fikrini yığcam ifadə etməyi bacarsa, bir o qədər yaxşıdır. 

     Nitqimizin mənalı, zəngin və rəngarəng olması üçün nitq mədəniyyətinin tələb etdiyi kimi, qrammatik cəhətdən düzgün, məntiqli cəhətdən səlis və ana dilində danışmağı bacarmalıyıq. Natiqlik həm də dil mədəniyyətinə söykənir.

 

Etika.com

loading...
Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər