"İqtisadi Biliklər Olimpiadası"

Əziz tələbələr!

“SUES” İctimai Birliyi sizləri “İqtisadi Biliklər Olimpiadası”na qoşulmağa dəvət edir!!!

Öz iqtisadi biliklərinizə güvənirsiz? Öz bilikərinizi sınamaqla yanaşı dəyərli hədiyyələr qazanmaq istəyirsiniz?

Elə isə, İqtisadi Biliklər Olimpiyadasına qatılın! Olimpiyada haqqında: Olimpiyada yarış xarakterli olacaq. Ümumi 5 sual olmaqla, tələbələrin həm iqtisadiyyatın nəzəri bilikləri, həm də dünya görüşü istiqamətində bilikləri, eyni zamanda real problemləri həll etmək bacarıqları sınağa çəkiləcəkdir. UNEC-in professor müəllim heyyəti tərəfindən hazırlanacaq suallar bilet şəklində iştirakçılara paylanılacaq. İştirakçılar təqdim olunacaq sualları 1,5 saat ərzində cavab kartlarına qeyd edəcəklər. Layihəyə bütün kurs və öz İqtisadi biliklərinə güvənən tələbələr qatıla bilər.

Tarix: 17 dekabr saat 09:00 Məkan: UNEC əsas tədris binası.

Olimpiada da I, II, III-cü yerlərin sahibləri dəyərli hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd: Suallar İqtisadi Nəzəriyyə fənnini əhatə edəcək (Mikro və Makro İqtisadiyyat). Son qeydiyyat tarixi 15 dekabr. İştirak etmək üçün aşağıdakı keçidə daxil olub qeydiyyatdan keçməlisiz:

Qeydiyyat: http://docs.google.com/forms/d/e/1FAIpQLSen2SAlWTL_WjiN-cmnYpBbj3CKss6dB2F9gN_K4yLc9Ga-Og/viewform?c=0&w=1

loading...
Paylaş:

Etiketlər:iqtisadi,bilikler,olimpiyada,sues

Fikirlər