BİTCOİN NƏDİR? NECƏ QAZANMAQ OLUR?

Bitcoin tamamilə elektron olan, rəqəmsal puldur. Bitcoini qeyri mərkəzləşdirilmiş sistem üzərində qurulmuşdur və heç bir vahid qurum tərəfindən idarə olunmur. 

Bitcoini kim yaradıb?

Bitcoin ilk kriptovalyuta olmaqla, ümumi xususiyyətləri və konsepsiyası 2009-cu ildə Satoshi Nakamoto təxəllüslü proqramist tərəfindən dərc olunmuşdur. Satoshi Nakamoto-nun əsl kimliyi hələdir bilinməməkdir. Satoshi Nakamotonun hal hazırda 780 milyon ABŞ dolları dəyərində 1 milyon bitcoinin olduğu ehtimal olunur. 

Bitcoin necə işləyir?

Bitcoin "blockchain" adlandırılan ictimai jurnal üzərində fəaliyyət göstərir. Bitcoinlər blockchain üzərində fərdi adreslərdə yerləşirlər və bir adresdən digərinə göndərildikdə bu əməliyyat jurnalda dərc olunur. Blockchain üzərində aparılan bütün əməliyyatlar hamı tərəfindən izlənilə bilər və heç cürə dəyişdirilə bilməz.  Yeni bitcoinlər "mining" adlandırılan bir proseslə yaradılır. Kompyuter tərəfindən kompleks riyazı əməliyyatlar həll olunur və bunun əsasında bloklar şəklində yeni bitcoinlər yaradılır. 

Bitcoinin əsas üstünlükləri nədir?

1. Vahid mərkəzin olmaması. Heç bir qurum və ya şəxs bitcoini idarə edə bilməz və ya daha çox yarada bilməz. Ümumilikdə 2140-cı ilə kimi 21 milyon bitcoin emissiya olunacaqdır.
2. Asan işlənilə bilməsi. Onlayn şəkildə hesab açıb rahatlıqla bitcoin qəbul edib və ya göndərə bilərsiniz.
3. Anonim olması. Bütün əməliyyatlar ictimai olsa da, adreslərin üzərində şəxsi məlumatlar yazılmır.
4. Tam şəffaf olması. Bitcoin sistemində olan hər bir kəs tərəfindən hansı adresdə nə qədər bitcoinin olduğu və hansı əməliyyatlar keçirildiyi görülə bilər.
5. Xərclərin az olması. Əməliyyat xərcləri bank sisteminə nəzərən çox aşağıdır.
6. Sürətli olması. Bitcoinlərin göndərilməsi sadəcə bir neçə dəqiqə vaxt aparır.

Növbəti dərclərimizdə sizinlə bitcoinləri necə əldə etmək və harda saxlamaq lazımdır kimi məlumatları bölüşəciyik. Son məlumatları almaq üçün Facebook səhifəmizi izləyə bilərsiniz.
 btc.az

loading...
Paylaş:

Etiketlər:bitcoin,dijital,startup,money,pul,epul

Fikirlər