Sürətli oxu :Yadda qalan,daha effektiv öyrənmə üçün

HƏR GÜN NƏ QƏDƏR OXUDUĞUNUZ HAQQINDA DÜŞÜNÜN.

 
Çox güman ki, hər birimiz dünyada baş verən gündəlik hadisələrdən xəbərdar olmaq üçün qəzet oxuyuruq. Elektron poçtumuza hər gün saysız hesabsız bildirişlər gəlir. Gündəlik kitablar, jurnallar, məqalələr, məktublar və s. oxuyuruq və bütün bunlara təxminən günümüzün yarısını sərf edirik.
Bəli, göründüyü kimi oxumaq tez tez istifadə etdiyimiz bir iş bacarığıdır. Nəticə etibarilə, lazım olan məlumatları, kitabları oxuduğumuz zaman deyə bilərikmi biz yaxşı bir oxucuyuq?
 
Əslində YOX!
Çünki gündəlik həyatımızda bizə verilən informasiyaları, xüsusilə elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə, qəbul edə və qavraya bilmiriksə,deməli vaxtımızı boşuna sərf edirik. 
 
Məktəb yaxud universitet həyatında, eləcə də iş həyatımızda, üzərimizdə olan informasiya yükünün, öhdəsindən beynimizi effektiv istifadə etmədən  gələ bilmərik. 
Keçmişdən fərqli olaraq bugünün ən etibarlı şüarı odur ki, artıq hər şey mümkündür. Qısa bir təlim ilə beynimizin bütün qapalı qapılarını açmaq, effektiv öyrənmək, istədiyimiz hər mövzuya konsentrasiya olmaq və uğuru əldə etmək artıq çox asandır. İnformasiyanı sürətli bir şəkildə qavramaq sadə yaddaş və sürətli oxu texnikalari ilə mümkündür.
Qeyd etdiyimiz kimi sürətli oxumaq, bizə verilən informasiya yükünün öhdəsindən gəlmək, eyni zamanda vaxtınıza qənaət etmək və zamanı doğru idarə etməkdir ki, bu da gələcək həyatınız üçün parlaq ideyalara, planlara ayıracağınız vaxtdır. 
 
Bu məqalədə siz, effektiv öyrənmə, sürətli oxu bacarıqları əldə edə və oxumağınıza, konsentrasiya əskikliyinə səbəb olan problemlərinizə necə son verəcəyinizi öyrənə bilərsiniz.
 
SÜRƏTLİ OXUNUN FAYDALARI.
 
İnsanların əksəriyyəti dəqiqədə 250 söz oxuyur. Deməli, yarım səhfəlik bir kitab və ya sənəd oxumaq üçün təqribən 1-2 dəqiqə vaxt sərf etməlisiniz.
 
İndi isə dəqiqədə 500 söz oxuduğunuz təsəvvür edin. Əvvəl sərf etdiyiniz vaxtın yarısını sərf etməklə mətnləri oxuya və əvvəlkindən daha çox qavraya bilərsiniz. 
Gündəlik oxuduğumuz materialların nəzərə almaqla, əminliklə deyə bilərik ki, 3-4 saat, hətta daha artıq vaxtınıza qənaət edə bilərsiniz.
 
Bütün bu bacarıqları isə nə az, nə çox, 1 aylıq Anlayaraq Sürətli oxu kitablarını oxuyaraq faydalana bilərsiniz...
cazibe.info
 
 
 

loading...
Paylaş:

Etiketlər:suretlioxu,suretli,kitab,book,oxumaq

Fikirlər