Gənc Hüquqşünasların I Qış Hüquq Məktəbi

Əziz tələbələr!
ELSA Azərbaycan “Gənc Hüquqşünasların I Qış Hüquq Məktəbi” üçün qeydiyyatı açıq elan edir!
ELSA Azərbaycan tərəfindən ilk dəfə həyata keçiriləcək Qış Hüquq Məktəbi 4-8 fevral tarixlərində Qəbələ şəhərində keçiriləcək. Tədbir ərzində müsahibə əsasında seçilmiş 25 nəfər iştirakçıya “Anti-korrupsiya” mövzusunda peşəkar təlimçilər tərəfindən seminarlar keçiriləcək. İştirakçılar üçün sosial proqram da nəzərdə tutulmuşdur. İştirakçıların səfər, hotel və yemək xərcləri ELSA Azərbaycan tərəfindən qarşılanacaq. Tədbir AZAKA və Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Qış Hüquq Məktəbinə yalnız ELSA Azərbaycan üzvləri müraciət edə bilər.

Qeydiyyat üçün link:
https://goo.gl/forms/ooWXKwlqYzHQpS3P2

Son müraciət tarixi: 19 yanvar 23:59

loading...
Paylaş:

Etiketlər:huquq,genc,elsa,camp,kamp,məktəb

Fikirlər