Xaricdə təqaüdlə təhsil almaq istəyənlər üçün yeni sayt yaradılıb

Xaricdə təqaüdlə təhsil almaq  istəyənlər üçün yeni sayt yaradılıb

Mövcud iqtisadi vəziyyətlə əlaqədar olaraq Avropada təhsil almaq istəyən tələbələr ilk olaraq təqaüd qazanmaq və pulsuz təhsillə maraqlanırlar. Tələbələri ən çox maraqlandıran isə Macarıstan hökümətinin 200 nəfər azərbaycanlıya ayırdığı təqaüdlərdir. Xatırladaq ki, tələbə bu təqaüdü qazanarsa, onun Macarıstandakı təhsili tamamilə pulsuz başa gəlir, buna əlavə olaraq tələbəyə ay-ba-ay təqaüd verilir.

Bu təqaüd proqramı barədə tələbə və valideynlərin marağını nəzərə alaraq onların çoxsaylı suallarına cavab vermək üçün www.teqaud.com saytı yaradılmışdır. Bu sayt Macarıstanda təqaüdlü təhsil ilə əlaqədar verilən sualların hazır cavabını istifadəçilərə göstərir. Tələbə öz adını, soyadını və digər məlumatlarını saytın sol tərəfindəki qeydiyyat formasına yazdıqdan sonra pulsuz təhsil almaqla bağlı istədiyi sualın cavabını oxuya biləcək.

Bu sayt Macarıstanda təqaüdlü təhsil üçün hansı sənədlərin tələb olunduğunu, nə qədər təqaüd verildiyini, hansı ixtisaslarda pulsuz oxumaq mümkün olduğu və digər vacib məqamlara aydınlıq gətirir. Tələbə və valideynlərin yeni sualları yarandıqca və təqaüd proqramı ilə bağlı yeni xəbərlər olduqca bu sayt daim yenilənir. Bununla da www.teqaud.com saytı tələbə və valideynlərin vaxtına qənaət edərək daha düzgün və dolğun məlumat toplamağa şərait yaradır.teqaud-com-qeydiyyatteqaud-com-suallarin-cavabi

hamar.az

loading...
Paylaş:

Etiketlər:teqaud,xaric,sayt

Fikirlər