Layihə yazılması və idarə olunması təlimi

30 Yanvar - 3 Fevral 2017 tarixlərini əhatə edəcək "Layihə yazılması və tətbiqi" adlı təlim Y-PEER Azərbaycan-Gənc Həmyaşıd Təhsili Şəbəkəsi tərəfindən həyata keçiriləcəkdir. 
Təlim 
- gənclərin layihə yazma vərdişələrinə yiyələnməsi;
- layihə yazılarkən diqqət edilən məsələlər;
- ictimai problemləri araşdırıb aktual layihə ideyası seçmək;
- layihə yazıldıqdan sonra tətbiqi zamanı diqqət edilən məsələlər;
- monitorinq və qiymətləndirmə mövzularını əhatə edəcək və iştirakçılarına nəzəri biliklərlə yanaşı praktik yanaşmalarla da tanış edəcəkdir.

Dil: Azərbaycan dili 
Vaxt: 5 gün, hər gün saat 10:00-dan 18:00-a kimi

Müraciət üçün forma:
https://docs.google.com/forms/d/1jjwr3MHSRVIe936cO0AzKbxWSrTIpVx2c_uA4FcS5WI/edit

İŞTİRAK KRİTERİYALARI

- 18-25 yaş aralığında olmaq;
- Layihə yazmağa və hayata keçirməyə həvəsli olmaq;
- Sosial problemlərin həll olunmasına töhfə verməkdə motivasiyalı olmaq;
- Bütün sessiyalarda iştirak etmək imkanına sahib olmaq.

Uğurlu müraciət halında təlimdə iştirak üçün yaş kriteriyasına yenidən baxıla bilər. 


Anketə daxil etdiyiniz məlumatların tərəfimizdən heç kimlə və heç yerdə paylaşılmayacağına zəmanət veririk. Təlimdə iştirak ödənişsizdir.

Son müraciət tarixi: 24 Yanvar 2017
Yalnız seçilmiş iştirakçılara 27 Yanvar tarixinə kimi məlumat veriləcək. 

Əlavə suallarınız yaranarsa aşağıdakı e-poçt ünvanına yazaraq, layihə rəhbəri Səadət Abdullazadəyə müraciət etməkdən çəkinməyin:
abdullazadasaadat@gmail.com
+994 55 5987219

loading...
Paylaş:

Etiketlər:TELIM,y-peer,layihe,project,management

Fikirlər