Motel biznesi nədir? Motel  biznesinin zəif olmasının səbəbləri?

Motel – qısamüddətli istirahətə dayanan avtoturistlərə xidmət göstərən mehmanxana müəssisəsidir. 1920-ci illərdə İngilis dilindən "motor"  və "hotel" (otel) sözlərindən əmələ gəlmişdir.Çox vaxt motelləri  "ulduzsuz otel" kimi də adlandırırlar. Bu mehmanxanalar məhdud rahatlığa malikdir, nömrələrin sayı 150-400-dək ola bilər.

    Motellər adətən yol kənarlarında, nəqliyyat magistralları boyunca və bilavasitə turist zonalarında yerləşir. Turist zonalarında motellər mehmanxanalar kimi əlavə xidmətlər kompleksinin təklif edilməsi imkanına malik olurlar. Motellərin layihələndirilməsində əsas tələb nəqliyyat yollarının və dayanacaqların  böyük olmasıdır. 

Motellər digər otellərlə müqayisədə  daha kiçik ölçülü olur,1-2 mərtəbədən ibarət olub və kifayət qədər geniş sahə tutur. Burada mərtəbələrin sayının az olması müştərilərin maşından düşərkən çamadanlarını rahat və  tez daşıması üçün əlverişli olsun.

Motellərin adətən "İ" , "L" və ya "U" formasında konstruksiya olunur və buraya qonaq otaqlari, menecer ofisi ,resepşn yeri,kiçik yeməkxana və bəzi hallarda üzmə hovuzu və kiçik idman zalı olur.  Motellərdə adətən  otaqlar bir qonaq otağı və vanna otağından ibarət olur. Lakin bəzi yerlərdə otaqlar biraz daha  böyük olur və mətbəxləri də olur. Bugün dünyanın bir çox ölkəsində motel şəbəkələri fəaliyyət göstərir və onların ən çox olduğu ölkələr ABŞ,Kanada,Avropa ölkələri,Avstraliya,Çin və s. -dir. Dünyanın məşhur motellərinə misal bunları göstərə bilərik :

MOTEL 6,Route66,Beach House Motel,Forbory Motel, 66   Motel,Best Western,Holiday İnn,Madonna İnn,Aztec Motel və s.

  1950- 1960-cı illərdə motellər ABŞ-ın avtomagistrallarının mühüm atributu idi. Ilk motel ABŞ-da memar Artur Haynsman tərəfindən 1925-ci ildə San-Luis Obispo (Kaliforniya Ştatı) şəhərində tikilmişdir. Bu kiçik şəhər Los-Ancelesdən 200 mil aralıda yerləşir. 1952-ci ildə “Holiday Inn” şirkətinin əsasını qoyan Kemons Uilsonun motellərin tikilməsində və inkişafında rolu böyükdür. 50-ci illərdə motellər digər mehmaxana müəssisələri ilə rəqabətdə üstünlük təşkil edirdi ki, bu da mehmanxana sahibkarlarının narahatlığına səbəb olurdu. Hətta bəzi mehmanxanalar rəqabətə tab gətirməyib öz fəaliyyətini dayandırmış və ya tamam iflas olmuşlar. Motel sahibləri Amerika Motel və Mehmanxana Ittifaqına qəbul edildikdən sonra bu gərginlik aradan götürüldü.

    Bazarda daha az təklif edilən və bun görə də ucuz mallar demək olarki , həmişə mövcud olub.Çox az adamlar aldıqları hər məhsulun "ən yaxşısına" ehtiyac duyur, istəyir və buna imkanı çatır. Əksər hallarda müştərilər məmnuniyyətlə optimal fəaliyyətdən  daha az qane olur və ya daha ucuz qiymət  müqabilində   təmtəraqdan əl çəkirlər. Məsələn, yaratmaq üçün yer axtaran  bir çox səyahətçilər hovuz,restoran, nanə  ətirli  yastıq kimki zəruri olmayan  

xidmətlər üçün pul ödəməməyi üstün tuturlar.  Bunun nəticəsində motellərə təlabat artır və motel şəbəkələri bu kimi dəbdəbəni ixtisara    salır ,daha ucuz qiymətlər təyin edir.

Lakin bugün ölkəmizdə motel biznesi demək olarki,yox vəziyyətindədi.Bəs bunun səbəbi nədir,ölkəmizdə motel biznesinin problemləri nədir ??

Azərbaycanda bir-iki ulduzlu otellərin qıtlığının səbəbi, otel biznesi ilə məşğul olanların  daha yüksək ulduzlu otellər almağa meyilləridir. Çünki  5 ulduzlu otelin vergisi ilə 1-2 ulduzlu otelin ödədiyi vergi eynidir. Halbuki 1-3 ulduzlu otellərin ödədiyi vergi, 4-5 ulduzlu otelin ödədiyi vergidən az olmalıdır. Belə olarsa heç də hamı yüksək ulduz almağa iddialı olmaz. Belə olan halda beynəlxalq təcrübədən istifadə edərək otel biznesinə differensiyalaşdırılmış vergi tətbiq edilməlidir. Bu qayda lisenziya üçün rüsümlara da tətbiq edilməlidir. Nəyə görə 5 ulduzlu otel və 1-2 ulduzlu otel lisenziya üçün eyni rüsumu ödəməlidir. Əgər xərclər eynidirsə, niyə ağaşı ulduza iddia etsinlər ki?.

Azərbaycanın otel qiymətləri ilə qonşu ölkələrdəki vəziyyəti müqayisə edən B. 
Bilalovun dediyinə görə, Azərbaycanda otel qiymətləri Gürcüstanla müqayisədə 30-50 faiz bahadır.

İranla müqayisədə isə bu rəqəm 100%-dən çoxdur. 
Turizim mütəxəssisi deyir ki, qardaş Türkiyə ilə müqayisə etdikdə Azərbaycandakı otel qiymətləri 20-40% daha bahadır. 
 İqtisadi və Sosial İnnovasiyalar institutunun rəhbəri, millət vəkili Əli Məsimli isə otellərdə xidmətin aşağı, qiymətlərin isə bahalığından şikayət edir: “Azərbaycanın turizm üçün çox unikal imkanları var. Son illər bu imkanlardan istifadə istiqamətində xeli iş görülüb. Bununla belə hələ görüləsi işlər çoxdur. Turizm obyektlərinin xeyli hissəsində xidmətin keyfiyyəti aşağı, qiymətlər isə çox yüksəkdir. Son vaxtlar aviabiletlərin qiymətlərinin də artması Azərbaycana turist axınına mane olan amillərdən birinə çevrilib. Eyni zamanda Azərbaycabda əztəminatlı təbəqənin istriahət etməsi üçün şərait yaradılmalıdır. Bundan ötrü Prezidentin qaldırdığı məsələlərin həlli sürətləndirilməli, qiymətlər aşağı salınmalı, iki və üçulduzlu otellər tikilməlidir”.

Türkan Qüdrətli 

loading...
Paylaş:

Etiketlər:Motel,biznes,cemiyyet,tour,seyahet,azerbaycan,USA

Fikirlər