Nirvana fəlsəfəsi haqqında 4 qayda

Nirvana şərq-dini fəlsəfəsinin ayrılmaz və əsas hissələrindən biridi. Ümumiyyətlə, şərq  fəlsəfəsində hər bir anlayış bir-birilə bağlı olduğundan orada hər bir hissəni ayrılmaz hesab etmək olar. Nirvana anlayışı bütün canlıların ali məqsədini bildirir. Ümumiyyətlə, “nirvana”nın bir çox açıqlaması orsa da, əsasən o dərdlərdən, arzulardan qurtulmanın, ali ruha çatma mənasını verir. Nirvana buddizmin əsasını təşkil edir və buddizmdə bu kimi mənalara yol açır:

1.     Vərdişlərdən, arzulardan, dərdlərdən qurtulma. Onların sizin həyatınıza təsir etməsinə imkan verməyin.

2.     Elə bir vəziyyətə çatın ki, dxarmanın(Dxarma- şərq fəlsəfəsinin daha bir vacib elementidi. Əsas anlayışı kainatla əlaqəni saxlamaq və bu dünyada öz missiyanı bilmək üçün vacib olan qanunlardı) elementləri stabil və toxunulmaz olsun.

3.     Ruhun aliliyinə çatmaq

4.     Budda fəlsəfəsinə görə nirvanaya çatmaq, onu hiss etmək üçün arzulardan və vərdişlərdən azad olmalısan. İnsan müdrikliyə çatdıqda bir çox arzularının sadə illüziya olduğunun fərqinə varır və belə arzular nirvananı dadmağa əngəl olur. Budda fəlsəfəni görə bu arzular əzabdır və bu əzablardan qurtulmaq, yalnız saf arzularla yaşamaq mümkündü. Bunun üçün budda səkkizli yol prinsipinin tətbiq edilməsini vacib sayırdı. Bu prinsip nədən ibarət idi?

1)düzgün inam;   2)düzgün qətiyyət;   3)düzgün nitq;    4)düzgün əməl;       5)düzgün həyat tərzi;   6)düzgün fikir;   7)düzgün niyyət;   8)düzgün səy

TÜRKAN QÜDRƏTLİ

loading...
Paylaş:

Etiketlər:nirvana,felsefe,phlosophy,serq

Fikirlər