"The Magical Photography Tour" : həvəskar  Fotoqrafiya  yarışması

Qeydiyyat tarixi uzadıldı! Blogstar bütün həvəskar fotoqrafları "The Magical Photography Tour" adlı foto müsabiqəyə dəvət edir! Müsabiqənin əsas məqsədi potensiallı gəncləri aşkar edib, onlara yüksəlişə şərait yaratmaqla yanaşı seçilmiş iştirakçılara maraqlı hədiyyələrlə mükafatlandırmaqdır.

Fotolar aşağıda göstərilən kriteriyalarda qəbul olunur:

• Şəklin janrı: Peyzaj, Gündəlik həyat (food, fashion, composition), Portret

• Dijital format: Monoxrom (ağ-qara) və Rəngli

• Ölçü və format: 1-5 MB ölçülü .JPEG • Digər qaydalar: Şəkildə qətiyyən imza, tarix, logo tipli artıq yazılar olmamalıdır, ən əsası isə müsabiqəyə qatılan iştirakçılarımıza peşəkar fotoqraf olmamalıdır.

Hər kəs yalnız 1 fotoşəkil ilə qoşula bilər. Kriteriyalara uymayan fotolar ilk mərhələdən diskvalifikasiya olunacaqdır. Müsabiqə üç mərhələdən ibarətdir:

•İlk mərhələ kriteriyaların yoxlanışı •İkinci mərhələ peşəkar fotoqraflar tərəfindən seçim •Sonuncu mərhələ isə finala ad qazanmış iştirakçıların fotolarının sərgilənməsi Fotolar məşhur fotoqraflar Gülçin Məmmədova @mgulchin, Zaur Nəcəfbəyov @zaur_n və 3-cü münsif Emil bəy @emfrida tərəfindən qiymətləndiriləcək.

Final mərhələsi isə Blogstarın kreativ dəstəkçiləri ilə finalçıların rəsmlərinin peşəkarlara sərgilənməsi və hər üç janr üzrə qalibin təyin olunması ilə keçiriləcək. Hər üç qalibi bir birindən gözəl hədiyyələr və Blogstar.az saytında xəbərinin dərci gözləyir. Ən əsası isə hədiyyələrimiz sizin üçün dönüş nöqtəsi ola bilər. Bizə nə qədər parlaq olduğunuzu göstərin! Həvəskar olmağına baxmayaraq, bir o qədər də bacarıqlısansa, bizə qoşul! Deadline: 31 dekabr Fotoları E-mail adresinə göndərə bilərsiniz : blogstarcollab@gmail.com

loading...
Paylaş:

Etiketlər:foto,photo,blogstar,photography

Fikirlər