Biznesi asanlaşdıran 13 mobil tətbiqlər .

Smartfon istifadəçilərinin sayı artdıqca, mobil tətbiqlər də geniş yayılmaqdadır. Hazırda müxtəlif əməliyyat sistemlərində müxtəlif sahələrə aid milyonlarla mobil tətbiqlər var. Məsələn, iş adamlarının, ümumiyyətlə müasir biznes sektorunda çalışanların işini asanlaşdırmaq üçün xüsusi yerli və xaricdə yazılmış mobil tətbiqlər vardır.

1. Valyuta konverteri 
Adından da göründüyü kimi bu tətbiqdən siz yenilənən kurslar haqqında operativ məlumat əldə edə bilərsiniz. Həmçinin hesablamalar da apara bilərsiniz. Bu tətbiqdən siz həm iOS, həm də Android platformalarına uyğun versiyasını tapa bilərsiniz.
 
2. Slack - Team Communication
Bu tətbiq qrup daxilində insanların çatlaşması üçün proqramdır. Tətbiqi endirən şəxslər öz aralarında qrup formasında yazışa bilərlər. Bu tətbiqin istifadəçiləri adətən işgüzar əməkdaşlıq məqsədi ilə proqramı endirirlər.
 
3. Xercim.az
Bu tətbiq vasitəsilə siz endirim kartlarınızın hamısını bir yerdə toplayaraq, həm təkliflərdən yararlana həm də büdcənizə qənaət edə bilərsiniz. Plastik kartlarınızı tətbiqə köçürürsünüz, bununla da onları özünüzlə birlikdə gəzdirmək məcburiyyətində qalmırsınız. Qeyd edək ki, bu mobil tətbiq yerli İnformasiya Texnologiya mütəxəssisləri tərəfindən hazırlanıb.
 
4. Spendee
Spendee-ye vasitəsilə siz xərclərinizə və gəlirlərinizə nəzarət edə bilərsiniz. Tətbiqə xərclərinizi və gəlirlərinizi yazırsınız. Daha sonra kateqoriyalar üzrə pulunuzu hara xərclədiyinizi dəqiqliyi ilə qeyd edirsiniz. Bu ağıllı tətbiq də sizə ay ərzində hansı işə nə qədər pul xərclədiyinizi deyir. Həftəlik və aylıq statistikaları, hazırki balansı və bütün növ dövriyyəni sizə göstərir.
 
5. Evernote
Bu tətbiq sizin qeyd dəftəriniz rolunu oynayır, hətta daha artığına da qadirdir. Tətbiqə siz qeydlər, siyahılarınızı, tədqiqatlarınızı yaza bilərsiniz. Həmçinin veb məqalələr yaza, qeydlərinizin içinə fotolar yerləşdirə bilərsiniz. Bu tətbiq vasisəsilə siz işləriniz haqqında başqaları ilə müzakirələr də apara bilərsiniz.
 
6. Google Drive
Bu tətbiq komputerimizdən çoxunuza məlumdur, onun mobil versiyası işlərinizi asanlaşdırmağa kömək edəcək. Bu bacarıqlı proqram təqdimatlar və sənədləri hazırlamaq, həmçinin eyni vaxtda başqaları ilə paylaşmaq və sənədin üstündə rahat işləmək üçün uyğundur.
 
7. Primer by Google
Primer yeni marketinq bacarıqlarını öyrənmək üçün sürətli, asan bir yoldur. Öyrənmək üçün 5 dəqiqə pulsuz verilir. Bu tətbiq sizə anlayışları tez vaxtda öyrənməyə kömək edəcək.
 
8. Google calendar
Gundelik işləri planlamaq ucun hər kəsin işinə yarayacaq proqramdır. Gundəlik görulməli işlər, təşkil olunacaq görüşləri və ya tədbirləri qeyd etmək olar. Bu tətbiq sizə tədbirdən müəyyən vaxt əvvəldən xatırlatma da edə bilər.
 
9. IFTTT
Bu tətbiq vasitəsi ilə müxtəlif işləri “avtomatlaşdırmaq” olar. Məsələn, bir qayda olaraq vermək olar ki, ofisin ərazisinə girəndə telefon səssizə keçsin, yaxud da Google calendarda qeyd olan hər hansı bir tədbir başlananda telefonu səssizə keçirir.
 
10. “Scan pages” - iOS üçün "Camscanner"- Android üçün
Bu iki fərqli tətbiq, əslində eyni işi görür sadəcə müxtəlif platformalarda. Telefonda skan edib PDF fayla çevirmək üçün istifadə olunur. Əgər siz yaxınlıqda skanner tapmırsınızsa, telefonun kamerası ilə bu işi görüb faylınızı PDF versiyaya çevirə bilərsiniz.
 
11. MobChannel
İkinci yerli proqramdır ki, işinizi asanlaşdırmaq üçün sizə kömək edə bilər. Siz mütəmmadi olaraq xəbərləri izləyirsinizsə, tətbiqdə yer alan xəbərlər və maraq sahəsi kanalından yerli və xarici mətbuatı, maraqlandığınız sahələr uyğun saytları və bloqları oxuya bilərsiniz. Tətbiq vasitəsilə siz yalnız maraqlı olduğunuz xəbərləri izləyəcəksiniz. Biznes xəbərləri istəyirsinizsə, sistem sizə bu xəbərləri təqdim edən mənbələrin siyahısını göstərəcək. Sizin mənbələrə üzv olmağınız kifayətdir. Proqramda ümumilikdə 15 kanal izləyə bilərsiniz.
 
12. Hesab.az
Daha bir yerli tətbiq, bunun köməyi ilə siz ödənişlərinizi edə bilərsiniz. Bank və ya hansısa idarəyə getmədən mobil telefonunuza tətbiki yükləməklə ödənişlərinizi edə bilərsiniz.
 
13. Pocket
Bu tətbiq də maraqlı məqalələri yadda saxlayib, sonradan oxumaq ucun yazılmış proqramdır. Həmçinin komputerinizdə yaddaşda saxladığınız  məqaləni də bu proqram vasitəsilə telefondan oxuya bilərsiniz.
cazibe.info
 

loading...
Paylaş:

Etiketlər:biznes,app,mobil,business

Fikirlər