Ən yaxşı 10 pulsuz online-universitet

Distant təhsil – təhsil müəssisələrinə səfər etməyə zamanı olmayan və daim yeni biliklər əldə etmək arzusunda olan insanlar üçün əsl faydalı köməkçidir. Xoşbəxtlikdən hazırda bir çox dünya universitetləri evdən çıxmadan mühazirələri dinləmək, izləmək və oxumaq imkanı verir.

Sizə bir qəpik belə xərcləmədən yeni biliklər əldə etməyinizə yardım edə biləcək ən yaxşı pulsuz online-universitetləri təqdim edir.

Coursera

Bu resurs Stanford universitetinin professorları tərəfindən yaradılıb və bir çox dillərdə mühazirələr təqdim edir. Burada bi çox müxtəlif professorların çoxsaylı mühzirələrini ziyarət edə bilərsiniz.

TEDx

TED – müxtəlif mövzular üzrə konfranslar keçirən təşkilatdır. Buradan istədiyin mövzu üzrə külli sayda məlumata rast gələ bilərsiniz.

UMass Boston Open Courseware

Bu resurs 18 fənn üzrə mühzirələr təqdim edir. Onun yeganə mənfi cəhəti videomaterialların olmamasıdır. Bunun əvəzində isə istədiyiniz mövzu ilə yanaşı, məsləhət görülən ədəbiyyat ilə də tanış ola bilərsiniz.

Khan Academy

Bu 20-dən çox dildə mühazirələr təqdim edən ən məşhur online-universitetidir. Burada istənilən şəxs öz maraq dairəsinə uyğun mühazirə tapa bilər. Hətta rok musiqisi haqqında ətraflı məlumat almaq istəyirsinizsə belə.

Free-Ed

Bu online universitetin əsas xüsusiyyəti Facebook şəbəkəsində seçdiyiniz kursla bağlı təhsil alan digər tələbələrin olduğu səhifə və qrupları tapa bilərsiniz.

Learning Space: The Open University

Bu resurs da isə təqdim edilən geniş məlumatlar yaş qrupu və mövzular üzrə qruplaşdırılmışdır. Üstəlik seçdiyiniz materialı yükləyə və istədiyiniz zaman öyrənə bilərsiniz.

Carnegie Mellon Open Learning Initiative

Bu resurs da insanlar tərəfindən böyük maraqla qarşılananlar sırasındadır. İstədiyiniz mövzular üzrə müraciət edə bilərsiniz.

Tufts Open Courseware

Digər resurslardan fərqli olaraq bu online universitet mühazirələri daha rahat olan təqdimat  (prezentasiya) formasında təqdim edir.

Stanford iTunes U

Stanford universitetin təqdim etdiyi növbəti bir universitet. Burada təhsil almağa başlamaq üçün kompüterinizə iTunes və MacOS sistemlərini yazdırmalı olacaqsınız. (Banker.az

loading...
Paylaş:

Etiketlər:uni,distant,menecment,online

Fikirlər