“GƏNC Əkinçi 2” Akademiyasi

Əsası Həsən Bəy Zərdabi tərəfindən qoyulan Əkinçi qəzeti 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirib. “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb. “İrəli” İctimai Birliyi milli mətbuatımızın əsasını qoyan, bünövrəsi olan bu qəzetin adını yaşatmaq, yaddaşlara həkk etmək üçün “Gənc Əkinçi” layihəsi brendini yaratdı. 2015-ci ildə, İsmayıllı rayonunda “Gənc Əkinçi“ Akademiyası baş tutdu. Nəticədə, 2015-ci il iyul ayının 22-də, 3000 tirajda Gənc Əkinçi qəzetinin ilk nömrəsi çapdan çıxdı.

Quba rayonunda reallaşdırılacaq “Gənc Əkinçi-2” layihəsi 25-28 yanvar, 2017-ci ildə baş tutacaq və gənc jurnalistlərin peşəkarlıq dərəcələrininartırılmasına, yeni əlaqələrin qurulmasına, o cümlədən asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradacaq.Qeyd edək ki, layihə müddətində peşəkar jurnalistlər və mətbuat işçiləri tərəfindən, “Azad İradəli Əkinçi”, “Natiqlik və nitq mədəniyyəti”, “Araşdırma jurnalistikası”,”Münaqişə tərəfi Azərbaycan”, “ KİV-də texnikanın rolu”, “ Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənc jurnalistlərin rolu”, “Sosial Medianın problemləri”, “Azərbaycan Beynəlxalq mətbuatda” və s. kimi mövzularda təlim və seminarlar keçiriləcək, eyni zamanda praktiki məşğələlər, simulyasiyalar və ictimai müzakirələr gənc jurnalistlər üçün yeni stimul yaradacaq.Düşərgə bitdikdən sonra, iştirakçılardan formalaşdıralacaq komanda ilə “Gənc Əkinçi” qəzetinin nəşrinə daha irimiqyaslı və təkmilləşmiş formada yenidən start veriləcək. Seçim online müraciət və müsahibə əsasında aparılacaq.

Qeyd edək ki, layihədə 15 peşəkar və 15 həvəskar jurnalistin iştirakı nəzərdə tutulur. Öz bacarıqlarınızı inkişaf etdirmək və jurnalistika sahəsində yeni imkanlar qazanmaq üçün qeydiyyatdan keçməyə tələsin!

Qeyd: Layihə çərçivəsində iştirakçıların nəqliyyat, yaşayış və qida xərcləri “İRƏLİ” İctimai Birliyi tərəfindən qarşılanır. Şəxslər tərəfindən yarana biləcək problemlərə görə “İRƏLİ” İctimai Birliyi məsuliyyət daşımır.

Seçim kriteriyaları: Layihədə jurnalistika sahəsində təhsil alan, habelə mətbuat sahəsində maraqlı olan şəxslər iştirak edə bilərlər. İştirak üçün yaş məhdudiyyəti 18-29 yaş arasıdır Müraciət edən şəxs “İRƏLİ” İctimai Birliyinin üzvlük qeydiyyatından keçmiş olmalıdır. Layihədə iştirak üçün yüksək motivasiyası olmalı Layihə dövründə iştirak edəcək şəxslər layihənin davamlılığı üçün nəzərdə tutulan fəaliyyətlərdə aktiv iştirak etməli Mütəmadi xəstəliyi olmamalı

Layihənin keçirilmə tarixi: 01.25.2017-01.28.2017

Layihənin keçirilmə məkanı: Quba, Azərbaycan

Son müraciət tarixi: 01.14.2017

Qeydiyyat

loading...
Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training,ireli

Fikirlər