1. Emosional reaksiyalar qadınların beynində həm sağ həm də sol yarım kürədə meydana gəlir. Kişilərdə isə bu mərkəzlər yalnız sol yarım kürədə var. Kişilərin duyğularını ifadə edərkən çətinlik çəkməsinin ən əhəmiyyətli səbəbi də bu fərqdən qaynaqlanır. Qadınlar isə duyğularını kişilərdən fəqli olaraq daha yaxşı ifədə edə bilirlər.

2. Qadınlar şirin və turşa dadları hiss etməkdə daha həssasdırlar. Kişilər isə duzlu maddələrə daha çox ehtiyac duyurlar.

3. Kişi beyni, qadın beynindən %11-12 nisbətində daha böyükdür. Lakin bu ölçü fərqinin zəka səviyyəsi ilə heç bir əlaqəsi olmadığı aydın olmuşdur. Əsl səbəb, kişi və qadın bədəni arasındakı ölçü fərqidir. Kişilər, daha böyük olan bədənlərini və əzələ qruplarını idarə edə bilmək üçün dahaçox neyrona ehtiyac duyurlarar. Bu səbəbdən də daha böyük beyinə sahibdirlər.

4.Danışıq zamanı kəkələmə qadınlara nisbətən kişilərdə daha çox rast gəlinən bir problemdir. Eyni zamanda qadınlar xarici dilləri kişilərə nizbətən daha asan öyrənə bilir və öz ana dillərini daha rahat istifadə edirlər.

5. Qadınların eşitmə duyğuları kişilərə nisbətən daha inkişaf etmişdir.Qadınlar tonundakı kiçik dəyişiklikləri də asanlıqla ayırıd edə bilirlər.

6. Kişi beyni qadın beyninə görə 10 dəfə daha çox testeron hormonu ifraz edir hətta bu nisbət yetkinlik dövründə 20 dəfəyə qədər çoxalır. Bu hormon sayəsində kişilər daha hərəkətli, təcavüzkar və səs-küyçü olur.

7. Qadın beynində seratonin nisbəti daha çoxdur. Bu vəziyyət qadınların daha iradəli olmalarına səbəb olur.

8. Kişilərlə qadınlarda ağrı-acı qəbulu və dözümlülüyü fərqlidir. Reallaşdırılan işlər, eyni səviyyədə ağrıya qarşı, qadınların kişilərə müqayisədə daha çox dozada morfinə ehtiyacıları olduğunu göstərir. Bunun səbəbi, qadınların ağrını kişilərə nisbətən daha sıx qəbul etməsidir.

9. Qadınlarda danışıq qabiliyyətini istiqamətləndirən mərkəz beynin sol tərəfində yerləşir. Kişilərdə isə bu mərkəzlər beynin ön və arxa qisimlərində dağınıq vəziyyətdə yerləşir. Buna görə də qadınların danışıq qabiliyyətləri daha yaxşı inkişaf etmişdir.

10. Riyazi və məntiqi bacarıqlar kişilərin daha çox istifadə etdiyi beynin sol yarımkürəsi ilə əlaqəlidir. Kişilərin riyaziyyat və məntiqi düşüncədə daha yaxşı olmasının səbəbi də məhz bununla bağıldır.

 

Araşdırma və Çevri : Ramid  Seyfullayev.

Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər