Bu yazıda Marshall Goldsmithin iş dünyasında iz qoymuş "İş Dünyasında Zirvəyə Gedən Yol" kitabından yararlanacağıq. Marshall Goldsmith Wall Street Journal tərəfindən ilin ən yaxşı təlimçisi, The Oprah Magazine tərəfindən ən yaxşı ünsiyyətci,  Forbes tərəfindən ən tanınmış 5 idarəedici təlimçidən biri Bussines Week tərəfindən isə liderlik inkişafında çox iş görmüş adam kimi naminasiyaların sahibidir.
 
Bu naminasiyaları saydıqdan sonra  mövzunun nə qədər əhəmiyyət tələb etdiyini hiss etdiniz. Goldsmithin verdiyi məsləhətlər də onun uğurlarına paralel olaraq yararlı olacaq deyə düşünürük. İndi isə liderlik uğrunda lazımlı olan bu 20 tərgidilməsi lazım olan vərdişlərin nələr olduğuna baxaq. Bu vərdişlərin nə olduğuna sadecə göz gəzdirmək lazım deyil həmdə bunları həyatımızda tətbiq etməliyik.

1-ci Vərdiş: "Həddindən artıq Qazanmaq Ehtiyacı"
Daima daha çox istəmək,əlimzdəkiləridə bizdən alacaqdır.
2-ci Vərdiş: "Çox fikir bildirmək istəyi"
Hər söhbətdə özümüzü önə çixarmaq istəyi hər zaman uğurlu olmur.
 
to be a leader
3-cü Vərdiş: Mühakimə etmək
Lazımsız sözlər sərf etmək və lazımsız insanlar haqqıda qətiyyən danışmamaq.
4-cü Vərdiş: Tənqid etmək
İstehzalı və kinayəli sözlərin, insanı ağıllı və hazırcavab göstərdiyinə inanmaq.
5-ci Vərdiş: Sözə "Yox", "Amma "," Halbuki" ilə başlamaq.
Söz altı hər kəsə "Mən haqlıyam" söyləmək kimi bir şey.
6-cı Vərdiş: Dünyaya nə qədər ağıllı olduğumuzu gostərmək istəyi.
İnsanlara, düşündüklərindən daha ağıllı olduğumuzu göstərmə ehtiyacıdır.
7-ci Vərdiş: Boğazlı danışmaq
Lider görsənmək üçün, səs tonlarını tez tez dəyişdirmək.
8-ci Vərdiş: Negativlik davranışı.
Sual verilməsə də mənfi fikirlərimizi insanlarla bölüşmək ehtiyacıdır.
 
9-cu Vərdiş: Məlumatı bölüşməmək.
Digərləri qarşısında güzəştli qalmaq məqsədi ilə, informasiyanı bölüşməyi inkar etməkdir.
10-cu Vərdiş: Uğuru fərq etməkdə müvəffəqiyyətsiz olmaq.
Tərifləmək və mükafatlandırmada simic olmaqdır. Çünki çox zaman uğuru özümüzdən ətrafımızdakı insanlara doğru çevirməyi unuduruq.
11-ci Vərdiş: Haqq edilməyən etibara yiyələnmək.
Hər hansı bir uğura olan həvəsimizi artırmaqdır.
12-ci Vərdiş: Bəhanələr uydurmaq.
Xoş olmayan bir hərəkətimizi daima normalmış kimi göstərmək, buna uyğun bəhanələr tapmaq.
13-cü Vərdiş: Keçmişə bağlı olmaq,
Tənqidlərin yönünü üstümüzdən, keçmişdəki hadisələrə və insanlara çevirməkdir.
14-cü Vərdiş: Adil olmamaq.
Birinə haqsız davranışlarda adil olmagı bacarmaq.
15-ci Vərdiş: Xətalı olduğumuzu etiraf etməməkdir.

to be a leader

16-cı Vərdiş: Qulaq asmamaq.
Edilə biləcək passiv hörmətsizlik formasıdır.
17-ci Vərdiş: Minnət etmək
Sağ ol, Təşəkkür edirəm  demək əvəzinə veriləcək hər növ cavabdır.
18-ci Vərdiş: Düzgün insana səhv hərəkət.
Bizə yardım etməyə çalışan məsum insanları səhv anlamaq, səhv qiymətləndirmək.
19-cu Vərdiş: Məsuliyyəti başqasının üzərinə  yixmaq.
Öz səhvlərimiz üçün başqalarını günahlandırmaqdır.
20-ci Vərdiş: Həddindən artıq "Mən" olma ehtiyacı

Bir sözlə bizim dildə desək "Mən beləyəm" söyləmək.

mənbə:http://cavidabasov.blogspot.com/2015/10/lider-olmaq-ucun-trgidilmsi-20-vrdis.html

Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər