Yaxşı olmayan CEO-lar zirvəyə necə çıxdılar

Bəzən yaxşı CEO-lar öz şəxsi motivasiyalarını itirərlər. Dəyərləri və dürüstlükləri davam etməkdədir. Ancaq onların yaşam sevincləri yox olmuşdur. Risq alma istəkləri və fərqlənmək istəkləri yox olmuşdur. Ancaq onlar yenədə öz yerlərində qalmaq istəyərlər, rahatdırlar. Onlar elə düşünürlər ki zirvəyə çatmaq üçün və zirvədə qalmaq üçün bütün işləri görüblər və görüləcək daha iş qalmayıb. Keçmiş əziyyətləri və əzmləri hələdə onları CEO olaraq saxlamaqdadır. Bu sözlərin müəllifi Northrup King şirkətinin CEO-su Ed Shonseydir.
 
Yaxşı olmayan CEO-ların idarə heyyətinin başında gəlməsinə səbəblərdən biridə idarə edənlərin, hissədarların, müştərilərin, xalqın və işçilərin yaratdıqları idarə heyyətinin məsuliyyətsizliyidir. Qaydasında getməyən işlərə heç bir şəxs müdaxilə etmədiyindən mövzumuzun başlığı olan bu CEO-lar öz fəaliyyətlərinin mənfi tərəflərinin fərqində deyillər və onlar dayanmalarının lazım olduğunu bilməzlər.

 Düşünürəmki yaxşı olmayan CEO-ların zirvədə olmalarına digər faktorlardan biridə siyasətdir. İdarə heyyətini istədiyi yöndə yönləndirə bilən CEO-lar var. Onlar bütün maliyyə işlərini xırda detallarına qədər bilirlər. Çünkü onlar uzun zamandır şirkətdə fəaliyyət göstərirlər. Onlar kimlərlə yaxın dost olacaqlarını və bunu necə edəcəklərini yaxşı bilirlər. Söz usatlarıdırlar və sözün necə və hansı zamanda deyilməsi lazım gərəkdiyini yaxşı bilirlər.
 
Digər bir faktor isə düşünürəm ki şans faktorudur. Bəziləri bir yerlərə gələrkən sadecə şansları yaxşı yöndə gedir. Həyatda bəzi şeylərin açıqlanması yoxdur, eləcədə bu şans faktorunun.
 
 Birdə şirkətin sahibləri vardır. Onlar bu şirkəti bu yerlərə gətirmək üçün ən çox əziyyəti çəkiblər. İdarə heyyətinin rəhbəridə özləri olurlar. Onlar CEO-luqda çoxda yaxşı olmasalarda, ara-sıra səhvlər etsələrdə, nə işçilər nə idarə heyyəti nədə sərmayədarlar onların işinə müdaxilə etməzlər. Ancaq onu deyə bilərəmki hər hansısa bir CEO vəya şirkət rəhbəri haqqında fikir irəli sürmək üçün onlarla illər boyu bir yerdə olmağınız lazımdır.
mənbə: http://cavidabasov.blogspot.com.tr/2015/08/yaxs-olmayan-ceo-lar-zirvy-nec-cxdlar.html

loading...
Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər