- adəm?

+bəli, tanrım?

-sənə bir yoldaş düzəldim?

+ vallah yaxşı olar.

- yaxşı, əvvəlcə bu qabırğa sümüyünü çıxardaq.

+ nə qabırğası? Nə əlaqəsi var indi?
- senin qabırğa sümüyündən yaradacağam qadını..

+niyə axı? Torpaqdan düzəlt də onu da. Hələ nə qədər torpaq var buralarda.

-olmaz.

+niyə?

-təkrar eyni şeyi edir dedirdə bilmərəm. Sən uzan indi, mələklər səni keyidib yatırdacaq.

+ başıma iş aldım ki.

-adəm, oyan.

+haradayam mən? Nə oldu?

-cənnətdəsən, sənə qadın düzəltdim. Adı da Həvva. Bax, o ağacın altında oturub. Necədi, gözəl olub?

+sən düzəltmisən heç gözəl olmaya bilər.. çox gözəldi.

-təşəkkür edirəm. İndi, Adəm, bax buranın hamısı cənnətdi, istədiyiniz kimi yeyin için. Amma bu ağacdan meyvə yeməyin, o qadağandır.

+bəs nə işi var axı qadağan ağacın cənnətdə?

-mən qoymuşam.

+niyə?

-həyəcan qatsın deyə. Burda hər şey çox sıxıcı olmağa başlayıb.

+bir halda ki, qadağandı, heç olmazsa məftillərlə hörəydin ətrafını. Nə isə. Bəs ordakı kimdi?

-o? O şeytandı.

+ bəs onun nə işi var cənnətdə?

-səni aldadıb mənim yolumdan döndürə biləcəyini dedi. Mən dedim ki Adəm aldanmaz, güclü biridir. “Mərc eləyək?” dedi. Mən də “edək” dedim.

+niyə mərcə girdin ki? Fikir verməsəydin. Kimdi axı o. Ciddiyə almasaydın.

-mələklər də ordaydı deyə yox deyə bilmədim. Bax, diqqətli ol, səni və həvvanı aldatmağa çalışacaq. əgər şeytana uysanız, sizi oradakı planetə göndərəcəm. Orada nəslinizi davam etdirərsiniz.  Orada yaşadığınız müddətdə sənin nəvələrin arasında mənə itaət etməyənləri də cəhənnəmə ataram, sonsuza qədər yandıraram.

+niyə yandırırsan ki? Onsuz da şeytanı da sən yaratmısan.

-yaratmışam artıq zəbaniləri, boş-boş dayanıb adamlar. Ürəkləri sıxılmasın, yandırsınlar, vaxt öldürsünlər.

+yaxşı, nə edək. Bəs başqa insanları nə vaxt yaradacaqsan?

-məndən bu qədər. Indi siz Həvvayla birlikdə olub çoxalacaqsınız.

+yaxşı, bəs, uşaqlarımız kiminlə çoxalacaq?

-bir- biriləriylə.

+necə yəni? Bacı-qardaşlar bir-biriləriylə?

-bəli.

+yaxşı da, daha bir neçə insan düzəlt, ensestə ehtiyac qalmasın. Torpaqdan düzəltmək istəmirsənsə, onları da həvvanın qabırğa sümüyündən yarat.

-olmaz.

+valla, hikmətinə sual edilməz amma ki, biraz axmaqlık kimi gəlir bunlar mənə, cənnətdə qadağan ağac, şeytan, ensest.. yəni, niyə belə?

-şübhəsiz ki, mən sənin bilmədiklərindən xəbərdaram.

+hə, yaxşı.

-belinə qüvvət, mən getdim. Bir neçə min il sonra kitabım çıxacaq, onu yazmalıyam.

+hələ vaxtın varmış.

-sənin üçün bir neçə min il, mənim qatımda bir neçə gündür. Kitablarımda bunlardan bəhs edəcəyəm. Özünə yaxşı bax, şeytanla da diqqətli ol, o çox pisdir, xəyal edə bilməyəcəyin qədər pisdir. Mən yaratmışam,ordan bilirəm.

-yaxşı, yaxşı, diqqətli olaram. Hələlik.

 

 

Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər