7 GÜNLÜK İQ PROQRAMI

7 gündə Einstein kimi olmağın yolları təbii ki, hər birimiz üçün maraqlıdır.

Hansınız bir gün yuxudan oyananda daha da ağıllı olduğunu görmək istəməz? Bu istək nə qədər utopik görsənsə də, bir elim adamının fəaliyyəti nəticəsində İQ-müzün bir həftə kimi qısa bir müddətdə 100-də 40 miqdarında arta bilməsi isbat edilmişdir.

Beyinin bədənin hər hansı bir əzələsi kimi məşqlər nəticəsində inkişaf edə biləcəyini irəli sürən Şotlandiyanın Edinburgh Universitetinin Biomedical şöbəsinin professoru Mark LYTHGOES bir həftə müddətində davam edən proqramını BBC televiziyasında yayımladı.Proqrama qatılan iştirakçıların İQ-də yüzdə 40 miqdarında artım əldə edilmişdir.Bu artım iştirakçıların proqrama qatılmadan öncə və sonra verdikləri testlərin nəticələri qarşılaşdırılan zaman ortaya çıxmışdır.

Bir həftəlik proqram:

Şənbə günü: Dişinizi hər zaman fırçaladığınız əliniz ilə deyil digəri ilə fırçalayın.Duş alan zaman gözlərinizi bağlayın.

Bazar günü: Sabah saatlarında tapmaca tapmağa çalışın.Və qısa zamanlı şəhər gəzintisinə çıxın.

Bazar ertəsi günü: Şam yeməyi zamanı qida rasionunuza yağlı balıq yeməkləri əlavə edin.İşə və ya dərsə gedən zaman heç vaxt istifadə etmədiyiniz nəqliyyat vaistələrindən ( velosiped,motor, qatar) istifadə edin.

Çərşənbə axşamı günü: Lüğətdən bilmədiyiniz sözlər əzbərləyin və gündəlik danışığınızda istifadə etməyə çalışın.

Çərşənbə günü: Yoqa, fitnes, meditasion kimi dərslərə yazılın.Daha öncə heç vaxt tanımadığınız adamlar ilə söhbət edin.

Cümə axşamı günü: İşə və ya dərsə heç vaxt istifadə etmədiyiniz yoldan gedin.Televizyada ciddi elmi verlişlər izləyin.

Cümə günü: Spirtli və kofin terkibli içkilərdən istifadə etməyin.Mağazalardan alış-veriş edən zaman alacaqlarınızın siyahasını əzbərləyib yaddaşınızda saxlamağa çalışın.

Araşdırma və Çevri: Fərid Məhərrəmli

loading...
Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər