Sizi müvəffəqiyyətə (uğura) aparacaq tək yol düzgün seçəcəyiniz “karyera planlaması”dır. Aldığınız yaxşı  təhsil və çox çalışmağınız, təəssüf ki, istədiyiniz karyera planlaması üçün kifayət etməyə bilər. Bunun üçün karyeranıza kapital qoymağınız lazımdır. Yaxşı, bəs karyeraya kapital qoymaq nədir?

Universitetlərdən hər il minlərlə insan məzun olur. Sizin kimi məlumat və biliyə sahib bir çox insan iş axtarır. Bu da o deməkdir ki, əslində ən az sizin qədər savadlı olan minlərlə rəqibiniz var! Rəqiblərinizdən özünüzü bir addım önə çıxartmaq, onlardan fərqli olduğunuzu sübut etmək üçün karyera hədəflərinizi dəqiq müəyyən etməyiniz və doğru karyera planları qurmağınız lazımdır.

Planınızı qurun: Nə istədiyinizi və bunun üçün nə etməyinizin lazım olduğunu təyin edin. Hədəflərinizi kiçik hissələrə ayırın və o kiçik hədəfləri reallaşdıracaq planlar edin.

Şəxsi nümunələrinizi müəyyən edin: Sizin irəliləmək istədiyiniz karyera yollarından daha əvvəl mütləq bəziləri keçmişdir. Onları özünüzə rolmodel (nümunə) olaraq göstərin və o kəslərin karyera inkişaflarını təqib edərək özünüzə xüsusi dərslər çıxarın.

Şəxsiyyətinizə önəm verin: Karyera planlarınızı edərkən mütləq xarakter və fərdi xüsusiyyətlərinizi göz qarşısında saxlayın, çünki sizin müvəffəqiyyətinizi təyin edəcək ən əhəmiyyətli faktorlar bunlardır.

Özünüzə dürüst davranın: Hədəflərinizi müəyyənləşdirərkən nəyi edib nəyi edə bilməyəcəyinizi özünüzə dürüst davranaraq təyin etməlisiniz. Boşa kürək çəkəcək qədər vaxtınızı olmadığını unutmayın.

İşinizlə əlaqədar inkişafları daim izləyin: Ətrafınızda işinizlə əlaqədar inkişafların daimi izləyicisi olun. Bu inkişaflardan öyrənəcəyiniz ən kiçik bir detal bir gün işinizə yarayacaq.

Daim yeni biliklər öyrənin: Neçə yaşında olmağınızdan və  ya  hansı təhsilləri almış olmağınızdan asılı olmayaraq hər şeyi bilməyəcəyinizi unutmayın. Təyin etdiyiniz hədəfləriniz istiqamətində təhsil proqramlarında iştirak edə bilər, seminarlara qoşula bilər və ya yeni bir dil öyrənmək üçün vaxt sərf edə bilərsiniz

Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər