MENECMENT NECƏ YARANDI?

Menecment ingilis dilində “management” sözündən olub, idarəetmə, bacarmaq mənasındadır.  Menecmentin yaranması ilk dəfə ABŞ-da mühəndis Fredrix Teylorun adı ilə bağlıdır və bir elm kimi XIX əsrin 50-70-ci illərində daha geniş inkişaf etmişdir. Menecment haqqında bu sahənin nəzəriyyəçiləri bir sıra tədqiqatlar, araşdırmalar aparmış, menecment nəzəriyyəsinin formalaşıb inkişaf etməsində mühüm rol oynamışlar. Bunlardan K.Emerson, A.Fayol, P.Drukker, K.Xodkinqson, K.Devis, X.Pirson və başqalarını misal göstərmək olar.
 

Menecmentin predmetini idarəetmə münasibətləri təşkil edir. Menecmentin obyekti bazar münasibətləri şəraitində istehsal, ticarət, xidmət, nəqliyyat, tikinti və s. fəaliyyət sahələri ilə məşğul olan müəssisə və təşkilatlardır. Menecmentin subyektləri dedikdə isə, idarə edən və idarə olunan sistemlər başa düşülür. 
      

Menecment fənlərarası elmi bilik sahəsi kimi də başa düşülür. Çünki elə bir sahə yoxdur ki, orada idarəetməyə ehtiyac olmasın. Məsələn, maliyyə özü ayrı bir elmdir və onun menecmenti də vardır. Həmçinin marketinq, innovasiya, kommersiya və s. 
 

 Menecment bazar münasibətləri şəraitində idarəetmə nəzəriyyəsi hesab edilir. Menecment və idarəetmə anlayışları bir-birinə tam olmayan sinonim kimi çıxış edir. İdarəetmə anlayışı insan fəaliyyətinin bütün sahələrinə aid edilə bilər (məsələn, dövlətin idarə edilməsi, cəmiyyətin idarə edilməsi). Menecment anlayışı isə yalnız bazar mühiti şəraitində fəaliyyət göstərən müəssisələrdə sosial iqtisadi proseslərin idarə olunmasını əks etdirir. “İdarəetmə” məfhumunun məzmununu araşdırarkən aydın olur ki, o sərbəst peşəkar fəaliyyət növü olub, təkcə sənaye firamlarının elmi-tədqiqat, layihə-konstruktor işləri ilə deyil, həmçinin, istehsal, texnoloji, təşkilati, maliyyə, satış sahələrini, həm də bank, sığorta təşkilatları, turizm agentliyi, mehmanxana, nəqliyyat kompaniyaları və ümumiyyətlə, bazara sərbəst iqtisadi subyekt kimi daxil olan bütün təsərrüfat vahidlərini əhatə edir.
 

Beləliklə, aydın olur ki, menecment bazar münasibətləri şəraitində müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təşkil olunub, onun müstəqil həyata keçirilməsini əhatə
 

Menecment daha az maddi, əmək və maliyyə ehtiyatlarından istifadə edərək səmərəliliyi yüksəltmək və mənfəəti artırmaq məqsədi ilə həyata keçirilən idarəetmə fəaliyyəti ilə əlaqədar peşədir.

 

loading...
Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər