İdeal olaraq fəaliyyətləriniz layihələrinizin başa çatmasını və layihələriniz də böyüyən məqsədlərinizə çatmağınızı təmin edər. Ancaq çox vaxtı sahibkarlar xüsusən də yeni başlayanlar, layihələri kifayət qədər prioritetləşdirmirlər. Bunun əvəzinə hər şeyi eyni vaxtda etməyə çalışırlar.Bu olduqca səhv bir fikirdir. Stresi artırır, ehtiyacınız olan başa çatdırma şansını azaldır və məqsədinizə doğru effektiv bir formada inkişafınızı çətinləşdirir.

Bu fəlakətdən qurtulmaq üçün layihələrinizə başlamaq və ya onları təkrar olaraq nizamlamanız üçün ən vacib 5 layihə planlama taktikası:

  1. Layihələrinizi Müəyyənləşdirin

Layihə planlaşdırmada birinci və ən vacib məsələ necə bir layihə ilə məşğul olduğunuzu təyin etməkdir. Birinci olaraq layihə nədir? Mənim tərifim görüləcək bir neçə fəaliyyətdən daha artığını daxil etməməkdir. Yeni satış proqram təminatı yükləmək? Bu bir layihədir. Şəbəkənizi genişləndirmək? Bəli, bu da bir layihədir. Biznesinizi inkişaf etdirirsiz? Bu layihələr toplamıdır!

Bəzi layihələriniz kifayət qədər aydın olacaq, ancaq digərləri gizlənmiş formada pusquda olacaq. Bütün layihələrinizi aydınlığa qovuşdurmaq üçün, hal-hazırda üzərində işlədiyininiz və işləmək istədiyiniz hər şeyi yazın. Sonra bu siyahını spesifik məqsədlər ətrafında qruplaşdırın.

Bu fəalliyyətlər sizi layihələr siyahısına gətirib çıxaracaq. Sizin bu siyahıda 10-dan 20-yə qədər (və ya dah çox) layihələriniz ola bilər, ancaq effektiv olmaq üçün siz 2-dən 5-ə qədər layihə seçmək istəyəcəksiniz, hansılar ki çox vacibdir.Yazının davamına bu taktikalara fokuslanaraq davam edin.

  1. Layihələrinizə başlama və başa çatma tarixi təyin edin

Hər layihə nə vaxt başlamalıdı və bitməlidir bilməlisiniz (və ya qərarlaşdırmalısız). Bu formada siz layihə ardıcıllığını başlama və başa çatma vaxtlarına görə prioritetləşdirib nizama sala biləcəksiz. Bu tarixlər  sizə iş periodlarınıza görə plan qurma imkanı verəcək və layihələrinizi lazım olduğundan daha uzun müddət davam etməsindən qoruyacaq.

  1. Bir səhifəlik plan hazırlayın

Kiçik bir planlaşdırma layihənin uğurlu olmasında kömək etmədə olduqca təsirlidir. Bir səhifəlik plan yaratmaq üçün, aşağıdakı suallara verdiyiniz cavabları bir yerə qeyd edin:

  • Layihə hansı problemi həll edəcək?
  • Müəssisəyə faydası nədir?
  • Nə cür işçilərə və nə qədər büdcəyə ehtiyacımız var?
  • Ən böyük əsas mərhələlərim (milestones) nələrdir?
  • Ola biləcək maneələr nələrdir?
  • Layihənin riski nədir?
  • İş planı nədir (görüləcək fəaliyyətlər siyahısı və ya alt fəaliyyətlər və nə vaxt başa çatdırılmalıdır)?
  • Uğur kriteriyaları nələrdir?
  • Layihənin başa çatdığını necə biləcəksiz?

Qeyd: Əgər planı bir səhifəyə sığdıracaqsızsa cavablarınız qısa olmalıdır.

  1. Kommunikasiya rutinlərini qurun

Birdən çox əməkdaşı olan layihə komandası üçün komunikasiyanı öncədən qurun. Kimsə həftəlik proqres hesabatını hazırlayacaqmı?və ya aylıq? Bütün iş bölmələri ilə proqresi kontrol etmək üçün görüşlər keçiriləcəkmi? Layihənin əsas mərhələlərin (milestones)  yerinə yetirilib,yetirilmədiyini kim yoxlayacaq?

  1. Dayandırmalı olub-olmadığını və bunun üçün uyğun zamanı bilin

Başladığınız işi başa çatdırmaq ən yaxşısı olsa da, bəzən layihəni bitirmək lazım olur.  Bütün layihələrinizi başlanğıc və başa çatma tarixləri, əsas mərhələləri və komunikasiya kanallarını özündə birləşdirən bir səhifəlik plan ilə hazırlamısınızsa, bir layihəni nə vaxt dayandırmalı olduğunuzu bilmək üçün ehtiyacınız olan bütün məlumatlara sahibsiniz deməkdir.

Bəzən layihədən ayrılmaq asan deyil, xüsusən bu layihəyə olduqca çox vaxt və əmək sərf etmisinizsə. Ancaq, əgər bir layihə qurtarmaq bilmirsə onu dayandırıb dayandırmamaq üçün qərar verməyinizə kömək edəcək bir neçə sual:

  • Bu layihənin məqsədi hələ də mənim müəssisəm üçün vacibdir?
  • Bu layihənin nəticəsində alınması planlaşdırılan ROİ (Return on Investment- qoyulmuş investisiyaya görə götürülmüş qazanc) nə idi? İndi aldığımız ROİ nə qədərdir?
  • Bu layihə üçün ayırdığım resursların mənə xərci nə qədərdir? Başqa layihələr üçün işləyərək məqsədlərimə daha effektiv formada çata bilərəm?
  • Bu layihədə davam etmənin emosional itkisi nədir

mənbə: http://bit.ly/29TPS5j

Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər