Siz gündəlik onlarla insanlarla tanış olursunuz. Onlar haqqında çoxlu informasiyaya malik olursunuz, bəzən uzun zaman belə keçirirsiniz lakin, çox zaman ən sadə olan, onların adlarını unudursunuz və pis halda qalırsınız. İdi isə sizə təqdim edilən sadə və təcrübi metodlardan istifadə edərək bu böyük probleminiz aradan qaldıra bilərsiniz.

1. Tanış olduğunuz adamların adlarını aydın və səlis eşitməyə diqqət göstərin . Hətta təkrar soruşsanız daha rahat olar. Mümkün olarsa adının mənasını öyrənməyə çalışın. Bu sizin beyninizdə rahat  assosasiya yaradacaq .

2. Danışdığınız adamlarla ünsiyyətdə olduğunuz zaman davamlı olaraq adları ilə müraciət  edin. Bu sizə rahat əzbərləmə imkanı yaradacaq.

3. Tanış olduğunuz adamın adı ilə öncələri tanış olduğunuz adamın adını və ya hər hansı bir bitki, material, əşya nəsnəyə bağlaya bilərsiniz. Bu yaddaşnızda ikitərəfli əlaqə yaradacaq.

4. Özünüzə bir not tutun.Tanış olduğunuz  adamların adlarını o nota qeyd edin. Sonralar isə yazıya baxıb xatırlamağa çalışın.

5. Tanış olduğunuz insanların üzünə baxın və onu adını çox qarşdırdığınız adamla müqayisə edin.

Çevri: Fərid Məhərrəmli

 

Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər