Etdikləri kəşflərlə Dünya tarixində iz qoyan 10 QADIN

ABŞ-da mart ayı “Women History Month” olaraq qeyd olunur. Bu münasibətlə ölkənin hər yerində müxtəlif tədbirlər keçirilir. Biz də sizin üçün etdikləri ixtiralarla bəşəriyyətin inkişafına təkan verən qadınlar barədə siyahı hazırlamaq qərarına gəldik. Məhz bu qadınlar ixtiraları ilə həyatımızda dəyişiklik etməyi bacarıblar.

 

 

 

1. Pivə – Qadınlara buna görə təşəkkür edirik!

Pivəni dəqiq olaraq kimin kəşf etdiyi bilinmir. Tarixçi Jane Peyton tərəfindən aparılmış araşdırma göstərir ki, pivəni mayalandırmaq qadınların məşğuliyyəti olub. Onun iddiasına görə, qadınlar təxminən 7 min il əvvəl Mesopotamiya və Şumerdə bu işlə çox aktiv şəkildə məşğul olurdular.

2. Kvadrat kağız paket cihazı –  Margaret Knight

Margaret Knight kvadrat əsaslı olmayan kağız paketlərin istifadə üçün çox da yararlı olmadığını düşünərək, kağız paketləri kvadrat şəkildə istehsal edən cihaz kəşf etmişdi. Charles Annan adlı bir şəxs isə “heç bir qadının belə qəliz aparatı yarada bilməcəyini” iddia edərək, ixtiranı öz adına çıxarmışdı. Knight illərlə davam edən məhkəmədən sonra – 1871-ci ildə ixtirasının patentini ala bilmişdi.

2. Qabyuyan maşın – Joshephine Cochrane

1886-cı ilin aristokratlarından olan Josephine Cochrane adlı bu xanım bahalı qablarını korlayan təmizlik işçilərinə çox əsəbiləşmişdi. Bu əsəb onun ilk qabyuyan maşınına kəşf etməsinə təkan vermişdi.

4. Yanğın pilləkənləri – Anna Connelly

Binanın xaricindən inşa edilən ilk yanğın pilləsi 1897-ci ildə Anna Connelly tərəfindən patentləşdirilmişdi. 1900-ci illərdə bu kəşf artıq yaşayış binalarında məcbur tələb edilən bir şeyə çevrilmişdi. Yanğın pilləkənləri olmayan binalar hökümətin nəzarətindən keçə bilməzdi. Bu qanun indiyə kimi davam edir.

5. Monopoly oyunu –  Elizabeth Magie

Monopoly, orjinal adı ilə Ağanın oyunu, 1903-cü ildə Elizabeth Magie tərəfindən kəşf edilib. Magie “haqsız yerə torpaq sahibi olmağın faciəvi təsirlərini azaltmaq” düşüncəsindən təsirlənərək bu oyunu hazırlamışdı.

6. Şüşəsilən – Mary Anderson

1903-cü ildə Mary Anderson avtomobil sürücülərinin maşınların ön şüşəsindəki qar və buzları təmizləmək üçün tez-tez dayandığını müşahidə edir. Bu müşahidə onu rezin qanadları olan şüşəsilənləri kəşf etməsinə qədər gətirib çıxarır. Bu isə sürücüləri böyük əziyyətdən xilas etmişdi.

7. Günəş enerjili ev – Maria Telkes

Maria Telkes Massachusetts Universitetində Günəş Enerjisi barədə araşdırmalar edirdi. 1940-cu illərdə memar Eleanor Raymon ilə birlikdə ilk günəş enerjili evi inşa etmişdilər.

8. Kompüter proqramı – Dr. Grace Murray Hooper

Kompüter mütəxəssisi Grace Murray Hooper 1950-ci ildə istifadəçiyə uyğunlaşdırılmış ilk iş kompüter proqramı olan COBOL’u kəşf etmişdi.

9. Kevlar – Stephanie Kwolek

Stephanie Kwolek DuPont şirkəti üçün apardığı araşdırmaları nəticəsində kevları kəşf etmişdi. Gülləkeçirməz geyimlərdə istifadə edilən kevlar 1966-cı ildə patentləşdirilib.

10. Gövdə hüceyrələrin izolyasiyası –  Ann Tsukamoto

Ann Tsukamoto 1991-ci ildə gövdə hüceyrələrinin izolyasiyası metodunu hazırlayıb, bunun patentini alan ilk qadınlardan biridir. Onun apardığı araşdırmalar xərcəng xəstəliyinə tutulmuş insanların daha yaxşı analiz edilməsinə kömək edərək, müalicələrinə yol açıb.

loading...
Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər