Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı və Azərbaycan Dövlət Pedaqoji Universiteti Həmkarlar İttifaqi Komitəsinin birgə təşkilatçılığı, Magistatura.az təhsil mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycan Universitetləri tarixində bir İLK olaraq "Gələcəyin Qurucuları" adlı Yay Liderlik Məktəbinə start verilir. Layihə 4 gün olmaqla düşərgə fotmatında keçiriləcək.

 

Layihənin məqsədi

- Universitetimiz, onun tarixi və fəaliyyəti haqda tələbələrə-xüsusi ilə də region filiallarımızda təhsil alan tələbələrə ətraflı məlumatlar vermək

- Gənclərin yay istirahətinin səmərəli keçirilməsini təmin etmək

- Tələbələrin sosial-ictimai aktivliklərinin artırılması

- Gənclərdə liderlik,komanda ilə iş və başqa keyfiyyətlərin yaradılması

- TGT və onun suturukturu haqda maarifləndirilmə işlərinin aparılması

- Fəal və xüsusi istedadlı gəncləri seçilərək aşkara çıxarılması və gələcək fəaliyyətlərə cəlb edilməsi

- ADPU tələbələri arasında səmimi dostluq əlaqələrinin yaradılması

 

Kimlər iştirak edə bilər?

ADPU və ADPU-nun region filiallarının tələbələri

Azərbaycan Dövlət Pedqoji Kollecinin tələbələri

Laihədə yalnız 1 və 2-ci kurs tələbələri, eləcə də yeni qəbul olmuş tələbələrin iştirakı mümkündür

İştirak etmək istəyənlər qeydiyyat forumunu doldurduqdan sonra müsahibə mərhələsinə dəvət olunacaqlar, yalnız müsahibə mərhələsini uğurla başa vuran şəxslər layihədə iştirak hüququ qazanacaq.

Son müraciət tarixi: 15.08.2016

Düşərgənin keçirilmə tarixi: 23.08.2016 - 27.08.2016

Məkan: Şəmkir, Çənlibel

Ərizə forması: goo.gl/rrontt

Qeyd: Layihə çərçivəsində bütün xərclər təşkilatçılar tərəfindən qarşılanacaq

 

Əlavə məlumat üçün

Bakı şəhəri, Üzeyir Hacıbəyli 68, AZ1000

Telefon: (012) 493 58 45

E-mail: [email protected]

 

Sosial şəbəkə hesablarımız

Facebook: www.facebook.com/adpu.tgt.az

İnstagram: www.instagram.com/adpu_tgt

Twitter: twitter.com/adpu_tgt

Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər