NATİQLİYİN 6 PSİXOLOJİ SİRRİ


1. Liderlərin izləyicisi oluruq.

Əgər siz təlimçisinizsə, sizə bir səlahiyyət verilmişdir. Dinləyici sizdən ona təsir etmənizi, onu hansısa istiqamətdə aparmağınızı istəyir və bunu gözləyir. Burada sizin nə edəcəyiniz çox vacib məna daşıyır. Ona görə də, sədaqətliyinizi itirməmək lazımdır. Çünki insanlar sadiq lider gözləyirlər. Amerikan sosial psixoloqu Stenli Milqremin 1960 cı illərdə apardığı araşdırmalar göstərmişdir ki, gücə qarşı müqavimət göstərmək çoxları üçün çətindir. Məhz bu səbəbdən onlar liderlərin izləyicisi olurlar.

2. Dərhal insanları oxuyuruq.

Auditoriya hətta siz danışmağa başlamazdan öncə diqqətlə sizi analiz etməyə başlayır, sizin danışmağa necə başlayacağınızı təhmin etməyə çalışır. Yaxşı hazırlanmış giriş və inamlı bədən dili insanları bütün prezentasiya müddətində sizin arxanızca getməyə ruhlandırır. Son 15 il ərzində aparılmış psixoloji araşdırmalar göstərir ki, insanlar başqaları haqqında olan qərarları şüursuz şəkildə və bir, hətta birdən də az saniyə ərzində verirlər. Kanada sosioloqu Malkolm Qladvell bu araşdırma haqqında özünün “Düşüncəsiz düşünmə” kitabında qeyd etmişdir.

3. Bədən hərəkətlərinin mənasını təyin edirik.

Necə dayanamaq, hərəkət etmək, jestlər, əsəblərinə hakim ola bilmək liderliyin, ehtirasın, açıqlığın göstəriciləridir. Təlimə hazırlaşdığınız vaxt düz dayanın, başınızı dik tutun, dərindən nəfəs alın və özünüzü kameraya çəkin. Belə hazırlıqlar sizdə verəcəyiniz təlimdə sizə ən çox lazım ola biləcək bir şey - özünəinam yaradacaqdır. 2009 cu ildə Madrid Sosial Psixologiya və Metodologiya Universitetinin Psixoloqu Pablo Brinolun apardığı araşdırma göstərdi ki, sadəcə etibar vəziyyətində duruş insanda daha çox özünəinam yaradır. İdarəetmə texnologiyaları üzrə mütəxəssis Karel Kinsi Qoman 2011 ci ildə yazdığı “Liderlərin səssiz dili” kitabında effektiv lider olmaq üçün fiziki jestlərin bizə necə kömək etməsini başa salır.

4. Biz səs tonuna diqqət edirik.

Səs tonu danışdığınız qədər, hətta daha çox məna kəsb edir. Dahi natiqlər səs tonu, modulyasiya, diksiya və düzgün müəyyənləşdirilmiş pauzadan uzun müddətdir ki, istifadə edirlər. Massaçuset Texnologiya Universitetinin Professoru Aleks Pentland 2008 ci ildə yazdığı “Düzgün siqnallar” kitabında apardığı araşdırmalar nəticəsində insan rabitəsini izləyən və effektivliyini analiz edən Sosiometr adlı cihazın yaradılmasında məhz düzgün siqnalların nəticəsində mümkün olmasından yazır.

5. Emosiyaları imitasiya edirik.

Düşünün. Qarşınızdakı insanların hansı hissləri keçirməsini istəyirsiniz və bu hissi, emosiyanı göstərin. Bu hisslər sizin səs tonunuzla və bədən dili ilə ötürüləcək. Beynimizdəki güzgü neyronları qarşımızdakının keçirdiyi hissləri eynilə keçirməyimizə şərait yaradır. Hind nevroloqu və psixoloqu Vileyanur Subramanian Ramaçandru 2012 ci ildə yazdığı “The tell-tale brain” kitabında bu neyronların necə işləməsi haqqında ətraflı məlumat vermişdir.

6. Dinlədiyimiz zaman beyin obrazlarını (brain patterns) sinxronizasiya edirik.

Bizim auditoriya slaydların oxunmasından daha çox səsə (eşitmə) reaksiya verir. Vizual görüntülər danışdıqlarınıza mane olmamalı əksinə dəstək verməlidir. Vizualizasiyada qəliz fiqurlar və ya diaqramları analiz etməyə çalışan insanlardansa sizi dinləyəcək insanlar qazanmaq yaxşıdır. Professor Qreq Stefens 2010 cu ildə apardığı araşdırmalarında bunu müşahidə etmişdir. Belə ki, fMRİ aparatı vasitəsilə bir danışanın və dinləyicinin beyin analizini aparmışdır. Nəticədə görmüşdür ki, dinləyicinin beyin obrazları (brain patterns) natiqin beyin obrazları ilə sinxronizasiya etməyə başlamışdır. Sinxronizasiya nə qədər çox olarsa, anlama da bir o qədər çoxalar.
Çevri:Balağa Məmmədov
Mənbə: www.michaelhyatt.com

loading...
Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər