İçərinizdə daim çölə çıxmaq istəyən  bir varlıq hiss edirsiz? Bəzən içərinizdə onun varlığını hiss edə bilərsiz. Bu həyatda nə isə etmək üçün sizi həvəsləndirən səsdir. Bu səslə hərəkət etdikdə özünü tamamilə yeni bir insan kimi hiss edirsən. Sanki insan bədənində tanrı olduğunu duyursan. Sən güclü və cəsarətlisən. Heçkəs səni dayandıra bilməz.

Ancaq sonra reallığa dönürsən və o anlar tarix olur. Həmin səs hara getdi? Özünü ömürlük o emosianal vəziyyətə salmaq elədə çətin deyil.  Mənəvi cəhətdən yorğun hiss etdikdə özünü sürətli, xoşunagələn musiqi qoy  və nəfəsin kəsilənə qədər rəqs et. Ətrafda bir dəli kimi görünəcəksən amma həqiqətən işə yarayır. Lakin sonra düşünəndə böyük ideyaların praktik görünmür həvəsdən düşürsən. Neçə dəfə “mən öz biznesimi quracam deyib bir həftə sonra fikrindən daşınmısan? Motivasiya olunduğun anda pis fikirlər sürətlə səni geri çəkməyə çalışır. Bəs yüksək motivasiya nöqtəsinə necə çatmaq və orada qalmaq olar?

Emosianal motivasiya

Motivasiyanın açarı emosianal vəziyyətdir. Fiziki durumu emosinal vəziyyətlə əlaqələndirmək lazımdır. Fiziki yaşamda yeniliklər etdikdə bu emosiyalarımıza təsir edir.  Zamanla fərqli fiziki hərəkətləri həyatınıza qatmaqla yenidən psixoloji durumu ələ almaq mümkündür. Başqa emosianal motivasion üçün təklif olunur, ki, zövq aldığın şeyləri yazaraq birləşdirəsən. Bu insanda yeni böyük ideyalar formalaşdırır. Bu ideya sənin emosiyalarına təsir edəcək və sən yenidən dirşələcəksən. Emosianal motivasiyanı saxlamaq üçün danışığı təsiredici, inandırıcı natiqlərin çıxışlarına da qulaq asmaq məsləhətlidir.

Intellektual motivasiya

 Hər şeyi etdikdən sonra emosianal motivasiya sönən anda incinmiş hiss edir insan. Lakin dərk etmək lazımdır ki, tək emasionoloji cəhətdən deyil əqli cəhətdən də özünü ələ almaq  elə də pis deyil. Sadəcə ağlımızı təsirli motivasion alət kimi istifadə etmək lazımdır. Əgər məqsəd olduqdan sonra onun dalıyca getmirsənsə deməli məntiqi cəhətdən nəsə var. Və sən məntiqini daha çox istifadə etməmisən.

Bəzən məqsədin məntiqli görüner, amma daha yuxarılara baxdıqda elə hesab edərsən ki, məsləhətli deyil. Tutalım ki, daha yaxşı satış mütəxəssisi olmaq üçün  20% artımla işləməlisən. Məntiqli bir hədəf kimi görünür lakin bunu etdiyin vaxtda içinizdən bir səs bunu etməməni deyər. Sən motivasyalı hiss etməlisən amma edə bilmirsən. Problem ondadıkı dərinliyindən gələn səs əslində bunu istıəmədiyini deyir. Sənin musiqiçi olmaq istədiyini vurğulayır. Nə qədər satışda irəliləməyə çalışsanda bu heç vaxt alınmayacaq çünki daxilindən gələn səs səni həqiqi musiqiçi olmaqdan imtina etməyə imkan verməyəcək.

Kiçik hədəflər müəyyən edəndə həmişə motivasiya əksikliyi hiss edəcəksən. Nə qədər çalışsanda motivasiya edəsən özünü daha çox vaxt itirmiş olacaqsan. Çünki həqiqət budur ki, məqsədin böyükdü amma müəyyən etməkdən qorxursan. İroniyalı olsada intellektual mptivasiyanın açarı qorxduğun hədəfi müəyyən etməkdi...

Çevri: Gülnar Qədirli 

Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər