“Zaman idarəsi” gün ərzində xüsusi fəaliyyətlər arasında planlama və zamanın düzgün bölünməsidir. Yaxşı zaman bölümüylə qısa vaxt ərzində daha çox işləyirsən və hətta ən qısa vaxtda nə isə etmək mümkün olur. Zamanı yaxşı təşkil etməmək səmərəliliyi aşağı salır və stress yaradır.

   Belə görünür ki, bir gündə insanlara görə kifayət qədər vaxt yoxdu. Ancaq hər bir şəxsə 24 saat verilib, nə üçün bəzi insanlar digərlərindən daha çox müvəffəqiyyət qazanır?  Halbuki hər ikisinə eyni saat verilib. Cavab yaxşı zaman idarə olunmasında yerləşir.

   Ən yüksək uğurlara nail olan insanlar öz vaxtlarını son dərəcə yaxşı idarə edirlər. Zamanı yaxşı idarə etməklə sən daha çox çalışmaqla bacarığını daha effektiv hala gətirə bilirsən.

   Zaman idarə olunması fəaliyyətlərdən nəticəyə mühüm yerdəyişmə tələb edir. Çox məşğul olmaq effektiv olmaq demək deyildir.

   Gün ərzində müxtəlif fəaliyyətlərlə məşğul olduqda nailiyyətlər daha az olur. Çünki diqqət müxtəlif məsələlər arasında parçalanır. Zaman idarəsi isə sənə daha səmərəli və az vaxtda içləməyə imkan verir. Zaman cədvəli sənə yol göstərirki hər bir xüsusi fəaliyyətə nə qədər vaxtın gedəcək. 

   Yalnız beyində zaman idarəsindən istifadə etmək əvəzinə onu işlə qarşılıqlı, praktik istifadə etdikdə faydaları daha yüksək olur.

  • Daha məhsuldar və səmərəli
  • Daha çox professional nüfuz
  • Daha az stress
  • Daha yüksəklərə qalxmaq üçün çoxalan imkanlar
  • Mühüm həyat və karyera məqsədləri üçün daha çox imkanlar

Uğursuz zaman idarəsindən istifadə və tamamilə istifadə etməmək bəzi arzuolunmaz nəticələrə səbəb olur

  • Itirilmiş vaxt
  • Səmərəsiz iş axını
  • Zəif iş keyfiyyəti
  • Zəif nüfuz və dayandırılmış karyera
  • Daha yüksək stress

Zaman idarəsinə az vaxt sərf etmək həyatda və karyerada inanılmaz uğurlar qazana bilərsən.

Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər