Başqaları ilə ünsiyyətdə olduqda fikirlərimizi və hisslərimizi yalnız seçdiyimiz sözlərlə deyil həm də səs tonumuzla, mimikalarımızla, və bədən dilimizlə edirik. Əksər danışıq ekspertləri inanırlar ki, verbal (sözlərlə) ünsiyyətdən qeyri-verbal ( sözlərsiz) ünsiyyət daha əhəmiyyətlidir. Bədən dili qeyri- verbal ünsiyyətin mühüm hissəsidir. 
 

Bədən dilinə gündəlik fiziki hərəkətlərimizin çoxu aiddir: başqasıyla necə salamlaşmağımız, necə dayanmağımız, necə oturub, yeriməyimiz, qollarımız və qıçlarımızın hərəkətləri, əllərimizi və gözlərimizi ən çox nədə ve necə istifadə etməyimiz. 
  

Digər dili öyrənmək yalnız sözləri və qrammatikanı öyrənməkdən daha maraqlı və əhəmiyyətlidir. Özümüzün bədən dilini lap uşaqlıqdan danışmağa başlamazdan əvvəl özümüzdən asılı olmadan öyrənirik. Bu dil müxtəlif mədəniyyətlərdə bəzən fərqlənir, ona görədə xarici il öyrənən şəxs ehtiyatlı olmalıdır.
   Başqasının bədən dilinə necə diqqət etmək olar? Necə özündə müşahidə qabiliyyətini formalaşdırmaq olar? Məsələn televizorda insanların qarşılıqlı danışığını izləyərkən onun səsini tamam azaldın. Sənə çətin gələcək fərqli mədəniyyətə sahib olan insanlar arasında nə baş verdiyini başa düşmək çətin olacaq. 
  

Mədəniyyət fərqi bəzən narahatlığa və anlaşılmazlığa səbəb ola bilər. Məsələn danışarkən insanlar arasında hansı məsafənin saxlanması ölkələrdə fərqlidir. Əgər bu məsafəni kimsə pozarsa daxili narahatlıq yaranır. Və avtomatik həmin məsafəyə qayıtmağa fürsət axtarılır. Həmin məsafə şəxsi rahatlıq zonası adlandırılır.
   Başqa bir nümunə kimi gülümsəməni göstərmək olar. Asiya ölkələrində gülümsəmə üzr istəmək və utancaqlığı göstərmək üçün istifadə olunur. Ingilis dilli ölkələrdə kiminsə ayağını bilmədən tapdalamaq heç yaxşı hal deyil. Eyni zamanda “bəli” və “xeyr” ifadələri bəzi ölkələrdə əks mənanı verir.
  

Bəzən hətta eyni dilli ölkələrdə belə bədən dili eyni olmaya bilir. Məsələn Britaniyada insanlar daha formal danışırlar və bu onların bədən dilinədə təsir edir. Ancaq amerikanlar daha açıq danışırlar. 
Düşünürəm ki, bədən dilini öyrənməyə dəyər. Fərqləri nəzərə alaraq xarici insanların bədən dilini bilməklə və özümüzə tətbiq etməklə onlarla daha uğurlu ünsiyyətə nail ola bilərik.

Gülnar Qədirli 

Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər