LİDERLİYİN UNİKAL SİRRİ NƏ?

 

Tarix boyu əsl liderliyin nə olduğu haqqında çoxlu yazılar mövcud olub. Qədim Çin hərbi generalı və “Art of War ( Müharibə sənəti )” əsərinin müəllifi Sun Tzuya görə lider mənəvi qanun yaradan və xüsusi metod və intizama ciddi əməl edən adamdır. XIX əsr tarixçisi Thomas Carlyle deyirdi ki, liderlər yaradılmır doğulur. Halbuki ingilis filosofu liderliyin yaşanan cəmiyyətdən asılı olduğuna inanır.

Illərdir aparılan tətqiqatlar liderliyin müxtılif üslub və xüsusiyyətlərini müəyyənləşdirmişdir. Bəziləri hətta fərdin yanaşma tərzinidə onun idarəetməsinə aid etmişdir. Bütün bu fərqli fikirlərlə liderliyə bir izah vermək mümkün deyil. Vəziyyətdən və şəxsiyyət tipindən asılı olaraq bir lider üçün məntiqli olan şey başqası üçün olmaya bilər. Lakin bütün akademik, tarixçi və hətta liderlər özləridə bir fikirdə dayanırlar: “ həqiqi lider özünü və komandasını ruhlandırmağı bacarmalıdır.

Liderlər insanlar arasından ən yaxşısını seçməyi bacarırlar. Yeni şirkət quran lider ən yaxşıları ətrafına yığaraq güclü liderlik qabiliyyəti ilə işçilərin bütün potensialını ortaya qoymasını təmin edir. Rahat şərait yaradılmalıdı ki, üzvlər şirkətin parlaq gələcəyinə inansınlar.

Liderlik xidmət etməkdir. O, heç bir bəhanəsiz bütün vaxtını, təcrübəsini, cəsarətini komandasına verməlidir. Və əvəzində heç birini heç kimdən gözləməməlidir. Çünki lider insanlardakı gücü tapmaq vəzifəsini  daşıyır.

Liderlik məğrurluq tələb edir. Liderlər xarizmatik, motivasion və ümidverici kimi ağızdolusu sifətlərlə təsvir edilr. Hansıki daha sadədir liderlik. Liderlik sadəcə arzudur. Çünki şöhrətbazlıq gərgin iş, qərarlılıq, nail olunması çətin olan istəklər doğurur. Insanların təbii yolla ona qoşulması və onu izləməsi üçün enerji verir.  Hansısa bir təşkilatda lidersənsə unutmamalı olduğun bir şey var: “Qazanmış olduğun şöhrətin azalmasına icazə vermə.”

Yaxşı liderlərin yaxşı baxış tərzləri olmalıdır. Yaxşı lider emosiyalarını nəzarətdə saxlamağı bacarmalıdır. Xüsusəndə çətin vəziyyətlərdə. Məsələn, tutaqkı ən yaxşı müştərini itirmisən və ya üzərində çox çalışdığın iş uğursuzluğa uğrayıb. Bu zaman liderin vəziyyəti ələ alıb işçilərini yenidən ruhlandırması lazımdır.

Liderlik insanlarla əlaqə deməkdir. Yaxşı lider uğur qazanmaq üçün müəyyən insan toplumu arasında olur. Bu çətin bir işdir. Çünki o, bilməlidir ki, onları nə motivasiya edə bilər. Onların dərində məqsədlərinin nə olduğunu müəyyən edib onlara öz məqsədlərinə çatmaqda yardım etməlidir. Eyni zamanda yaxşı lider yaxşı dinləyicidir. Bu ona  komanda üzvlərinin sıxıntılarını böyük problemə çevrilmədən həll etməyə kömək edir.

Lider tək dayana bilməz. Hər zaman onun arxasında güclü komandası olmalıdır. Buda liderin özündən, komanda üzvlərinin seçilməsindən asılıdır. Yalnız bir liderlə biznes elə kiçik biznes olaraqda qalacaq.

ÇEVRİ: Gülnar Qədirli 

 

loading...
Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər