UĞURUN 4 PSİXOLOJİ QAYDASI

 

Tətqiqatçılar bəzi sehrli həyat yaşayan insanların həyatlarını araşdıraraq, həyatda mövcud olan uğur teknikalarını müəyyən edərək, digər insanları motivasiya edirlər. Onlar yüzlərlə uğurlu və uğursuz insanlarla işləyərək nəticələri müxtəlif məqalələrdə çap etdirmişlər.

Professor Wiseman uğurlu adamların həyatlarında istifadə etdikləri dörd prinsipi müəyyənləşdirmişdir.

  1. Təsadüfi imkanları maksimallaşdırın

Uğurlu insanlar təsadüfi əlamətləri  yaratmaq, görmək, bu əlamətlər üzərində işləmə bacarığına malik olurlar. Onlar bunu müxtəlif yollarla həyata müsbət baxmaqla, yeni təcrübələrə beyinlərini açıq tutmaqla edirlər.

2. Instuisiyalarınızı dinləyin

Uğurlu insanlar öz hisslərinə və intuisiyalarına qulaq asmaqla dolğun qərarlar verə bilirlər. Bundan əlavə onlar öz intuisiyalarını inkişaf etdirmək üçün də çalışırlar. Məsələn: beyinlərini digər fikirlərdən təmizləmək və meditasiya vasitəsilə onlar buna nail ola bilirlər.

3. Uğuru gözləyin

Uğurlu insanlar əmindirlər ki, onların gələcək həyatları uğurla dolu olacaq. Bu gözləntilər insana özünü kəşf etməyə, başqa insanlarla müsbət qarşılıqlı əlaqə formalaşdırır. Müvəffəqiyyətsizliyin qarşısında inad göstərir.

4. Şanssızlığı şansa çevirin

Uğurlu adamlar şansızlıqların öhdəsindən gəlmək üçün müxtəlif psixoloji texnikalardan istifadə edirlər. Onlar şanssızlıqlarını kor-koranə izləmirlər. Məsələn daha pis ola biləcəyini düşünürlər və uğursuzluqla dayanmır onun öhdəsindən gəlmək üçün çalışır, vəziyyəti ələ alırlar.

Çevri:Gülnar Qədirli

 

loading...
Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər