Beyin gücünü artırmağın yolları

Beyniniz haqqında nə qədər düşünürsüz? Onun inanılmaz güc və üstün zəkasını müşahidə etmisən? Və ya ən azından beynini arada bir yoxlayıbda təzələmisən?  Əgər sən çoxluqdasansa cavabın əlbəttəki “yox” olacaq.

Maraqlıdır ki, biz beynimizin yalnız 10% ni istifadə edirik və hələdə beyin gücünü artırmaq üçün kişik məşqlər haqqında nadir hallarda düşünürük. Uzun zamandır ki, alimlər düşünürdülər ki, biz beynimizlə bitişik dünyaya gəlirik. Yaxşı ki, həmin qayda özünü doğrultmadı.

Yeni inanılmaz teorem sübut olunub  “bizim beynimiz dəyişə bilər”

Bu o mənanı  verirki, əgər hansısa bir sahədə bacarıqlı deyilsizsə, kiçik təlim vasitəsiylə həmin sahəni dəyişmək imkanınız var.

Hesab et ki, beynin əzələdir və sənin müntəzəm məşqə ehtıyacın var. Və ən əsası beyin gücünü artırmaq üçün milyoner olmağın lazım deyil. Lazım olan tək şey bir müddət beynini məşq etdirməkdir.

Burada beyin gücünü artırmaq üçün bir neçə sadə nümünə vardır.

1. Yeni nə isə edin

Yeni nəyisə təcrübə edəndə bu həqiqətəndə beyninə stimul verir. Köhnə adətlərinə yapışıb qalma. Beyin strukturunu dəyişməyin yeganə yolu yeni nəisə etməkdir. Bu yeni sinir yolları yaradır və zəka səviyyəsini artırır. Məsələn işini başqa yolla görə bilərsən, yeməyi başqa reseptlə bişirə bilərsən və hətta idmanda yeni hərəkətlərkəşf edib əvvəlkilərlə qarışıq məşğul ola bilərsən.

2. Müntəzəm olaraq məşq edin, çalışın

Sübut olunub ki, müntəzəm iş beyin funksiyasını artırmağa kömək edir. Bu o deməkdir ki, hər dəfə məşq edəndə yeni beyin hüceyrəsi yaranır. Divandan qalxda hərəkət et. Beynin bunun üçün sənə minnətdar olacaq.

3. Yaddaşınızı məşq etdirin.

Insanların tez-tez kaş daha yaxşı yaddaşım olaydı ifadəsini eşidirsən. Ancaq onlar hələdə bunun üçün heçnə etmirlər.  Əgər özündə telefon və başqa vacib nömrələri(passport, kredit kartı, sığorta və ya sürücülük vəsiqəsi) əzbərləmə vərdişi yaratsan yaddaşında olacaq nəzərə çarpan irəliləyişi hiss edə bilərsən.

4. Hər şeylə maraqlanın.

Günlük həyatınızda qarşılaşdığınız, əlaqədə olduğunuz  hər şeyi sorğulayın. Bu sizin beyninizdə yeniləmələr və yeni ideyalar formalaşdırır.

5. Pozitiv fikirləşin

Stress, narahatlıq beyin sinirlərini öldürür və yeni sinirlərin yaranmasını əngəlləyir. Tədqiqatlar göstərir ki, pozitiv düşünmək, xüsusilə gələcəyə dair, yeni hüceyrələr yaranmasını sürətləndirir və stress və narahatlığı kəskin dərəcədə azaldır.

6. Sağlam qidalanın.

Yediyimiz qidaların beynimize güclü təsiri var. Beynimiz qəbul etdiyimiz qida və oksigenin 20% ilə qidalanır. Beyninizi yaxşı şeylərlə bəslə ( məsələn: çoxlu təzə meyvə-tərəvəz ye)

7. Kitab oxuyun.

Kitab oxumaq stressdən qaçış yoludur. Tətqiqatlar göstərir ki, beyini gücləndirmək üçün təsəvvür böyük yoldur. Çünki  fikirləşərək böyük şəkli çəkə bilirsən. Oxumaqla təsəvvürünü hərəkətə gətirə bilərsən.

8. Kifayət qədər yatın.

Yatarkən bədəndəki hüceyrələr yenilənir və gün ərzində yığılan bütün toksinlər bədəndən xaric edilir. 21:00- 00:00 arası yatmaq saatlarla yatmaqdan daha yararlıdır.

9. Kalkulyatordan imtina edin

Məktəb vaxtı vurma cədvəli kimi sadə hesabları beynimizdə etməyi öyrətmişdilər. Indisə sadə hesablamaların hamısını smartfonlar, dizüstü kompyuterlərdən istifadə edirlər. Buda beyinin işləmə gücünü azaldır...

Çevri: Gülnar Qədirli

 

 

 

Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər