UĞURSUZLUĞUN ELMİ TEORİYASI

  Heç olub ki, nədəsə uğursuz olacağnı düşündüyün üçün qərara aldığını etməməyə qərar vermisən. Və ya şüur altı olaraq düşünmüsən ki, edəcəyin cəhdlər daha böyük uğursuzluqlara səbəb olur?

  Demək olar ki, hər birimizin başına belə bir şeylər ara-sıra gəlmişdir. Uğursuzluq qorxusu bizi hərəkətsiz hala salır, heçnə etməməyimizə səbəb olur və irəli inkişafımızı əngəlləyir. Ancaq qorxuların həyatımızdakı inkişafa mane olmağına icazə verməklə böyük şansları qaçırırıq.

Uğursuzluq qorxusunun səbəbləri.

  Bu səbəbləri müəyyən etmək üçün ilk növbədə uğursuzluq sözünün mənalarınl müəyyən etmək lazımdır. Bizim hər birimiz müxtəlif cür adlandırırıq çünki hər birimizin müqayisələri, dəyərləri, inam sistemləri fərqli olur. Kimisi üçün sadəcə böyük təcrübə qazanmaq anlamını verir uğursuzluq sözü.

  Bizim hər birimiz uğursuzluqdan qorxuruq, ən azından bəzi vaxtlarda. Ancaq qorxularımızın bizi saxlamasına göz yumduğumuz anda nail olmaq istədiyimiz məqsədləri üstələyir.

  Uğursuzluq qorxusu bir sıra səbəblərdən yarana bilər. Valideyn dəstəyinin olmaması və çox tənqidi fikirlər bəzi insanlar üçün əsas səbəbdir. Çünki bunlar uşaqlıqdan şüuraltına yeridilib və gəncliyimiz neqativ fikirlərlə doldurulub.

  Bu baxımdan nə vaxtsa travmatik hadisənin olmasınıda misal göstərmək olar. Tutalım ki, bir neçə il əvvəl bir qrup insan qarşısında təqdimat verməlisən amma çıxışın çox zəif olur. Və bu illər sonrada səni uğursuz olacağınla qorxudur.

Uğursuzluq qorxusunun əlamətləri.

 Əgər səndə bu qorxu varsa özündə bəzi əlamətləri görə bilərsən:

  1. Yeni şeylərə cəhd etməkdə və çətin layihələrdə iştirak etməyə istəksizlik.
  2. Aşağı özünə hörmət və güvən. Əsasən “komandada kifayət qədər bacarıqlı deyiləm” , “ irəliyə getmək üçün kifayət qədər yaxşı deyiləm” tipli negativ statuslar paylaşırlar .

  Mükəmməliyyətçiliyi fərdi inkiçafınıza daxil edin. Yeni nələrisə təcrübə etmək üçün istək varsa o şeyləri mükəmməl və bacarıqla bitirə bilərsiz.

Uğursuzluq- perspektivlik məsələsi.

 Demək olar ki, uğursuzluğu təcrübə etmədən yaşama davam etmək qeyri-mümkündür. Çox ehtiyatla yaşayan insanlar həyatda heçyerə gedə bilmirlər. Və demək olar ki, heç yaşamırlar.

   Uğursuzluq haqqında ən gözəl şey bizim ona hansı yöndən baxmağımızdır. Biz onu dünyanın axırı kimi və ya yeni təcrübə kimi baxa bilərik. Hamı nədəsə uğursuz olur, əsas məsələ sənin bu dərsdən nə öyrəndiyindir. Bu dərslər çox vacibdir. Onlar bizə necə böyüməyi, necə eyni səhvi təkrar etməməyi öyrədir. Uğursuzluqlar ancaq biz onlara icazə verdikdə bizi arzularımızdan uzaq tuta bilir.

  Uğursuzluqlar bizə heç vaxt bilməyəcəyimiz şeyləridə öyrədir. O bizə necə güclü olduğumuzu sübut edir. Nədəsə uğursuz olmaq sizə ən yaxşı dostları göstərir və nail olmaq istədiyin nədəsə gözlənilməz motivasiya verir.

  Etdiyimiz hər bir işdə uğursuzluq riskinin olmasını dərk etmək hər birimiz üçün mühümdür. Onunla üzləşmək yalnız  cəsarət deyil eyni zamanda bizə dolğun, faydalı həyat verir.

Burada uğursuzluq qorxusunu azaltmağın bir neçə yolu var:

  • Bütün mümkün nəticələri analiz edin. Çox insanlar uğursuzluqla üzləşirlər çünki onlar qeyri-müəyyəndən qorxurlar. Amma nəticənin sənin qərarından asılı olduğunu düşünərək qorxunu azalda bilərsən.
  • Daha pozitiv düşünməyi öyrən. Özgüvən yaratmaqda ən güclü yol pozitiv düşünməkdir.
  • Bəzən məsələyə pis tərəfindən bax. Bununla daha çox kreativ fikirlərin formalaşmasına kömək edəcək.
  • Təsadüfi hadisələrə hazırlıqlı ol. Hər zaman B planın olması daha güvənli olur.

Son olaraq uğursuzluq qorxusunun öhdəsindən gəlmək üçün həyatında uğursuzluqları olmuş məşhurların hekayələrini dinləmək faydalı ola bilər. Beləki onların uğursuzluqlarından sonra dirçəlmələri sənə güclü motivasiya verə bilər.

GÜLNAR QƏDİRLİ

loading...
Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər