İNAM- KUANTUM FİZİKASI İLƏ

Yüksək nailiyyətli həyat yaşamaq üçün özünə və öz bacarığına tamamilə inanmalısan .  Elə yüksək uğurlu şəxs tapa bilməzsən ki, özlərinə tamamilə inanmasınlar. Steve Jobs, Martin Luther King, Michael Jordan, Elon Musk və Mark  Cuban  bu güvəndən faydalanan uğurlu fərdlərdir.

Halbuki,  onların uğur səviyyəsi haqqında yox, arzularını reallaşdırdıqları zamanda olan müvəffəqiyyətsizliklər və geriləmələrdən sonra necə yenidən və yenidən ayağa qalxmaqları haqqında danışmaq istəyirəm.

Onlar özlərinə inam sayəsində inanılmaz sayda uğursuzluqlara rəğmən davam etdilər və məqsədlərinə nail oldular. Onların istəkləri elə bir forma almışdı ki, onlar üçün fərqi yox idi neçə dəfə uğursuz olublar.

Xüsusilə, sahibkar və idarəçi kimi mütləq uğursuzluğa uğrayacaq və geriləmə yaşayacaqsan. Bu neqativlik olsun deyə və səni həvəsdən salmaq üçün demirəm,  bu sadəcə həyatdır. Ancaq bu baş verəndə inamın nə qədər güclü olarsa heç bir uğursuzluq səni məhv edə bilməz. Özünə inanmaq oyunun adıdır.

Burada  özünəinamı artıran iki gündəlik vərdiş vardır.

Uğurlarınızı və qazandıqlarınızı sayın

   Insan varlıqları kimi təbii olaraq ancaq neqativ şeylərə ilişir və qazanclarımızı saymaq əvəzinə bütün gün itirdiklərimizi düşünürük. Hər günün sonunda qazandıqlarınız üçün minnətdar olmaq lazımdır. Təşəkkür bugün, bu həftə hətta, bu il ərzində əldə edilənlərə görə ola bilər, fərqi yoxdur nə vaxt qazanmısan. Bu səndə inanılmaz sevinc hissi oyadacaq. Sənə xatırladacaq ki, keçmişdə inanılmaz uğurların olub və gələcəkdə daha böyüklərini edə bilməyin üçün səni ilhamlandıracaq. Fərqi yoxdu böyük ya kiçik əldə etdiklərini say.

 

Özünüzlə çempion kimi danışın.

   Özünü dinləməkdən çox özünlə danış ,heç olmasa bir həftəlik özünü qurban kimi dinləmək əvəzinə özünlə çempion kimi danış. Inanılmaz nəticələr əldə edilməsi qarantilidir. Özünlə danışmaq qəribə görünə bilər amma bir dəfə də olsa sına və bil ki, bu qəribəliyə dəyər. Özünə çempion kimi danımağı vərdiş kimi aşılayanda neqativ fikirlərdən uzaq durursan və və fikirlərin səni həvəsdən salmasına mane olursan. Hər gün öz-özünə inamla “ etdiyim işdə ən yaxşısıyam” , “ Özümü tamamən işə verəndə edə bilməyəcəyim heçnə yoxdur”, “ mən sıradan biri deyiləm, mən çempionam”. Özünə tamamilə inanmasan başqasının sənə inanmasını heç gözləmə.İşçisənsə və özünə tamamilə inanmadığın sürəcə müdirinin sənə inanmasına ümid edə bilməzsən. Əgər sahibkarsansa, öz ideyalarına inanmırsansa investorların sənə inanmasını gözləməməlisən. Hər bir insan inamın gücüylə sözün hər mənasında dünyanı dəyişə bilər...

GÜLNAR QƏDİRLİ

 

loading...
Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər