Uşaqlarda autizm, ADHD(Attention Hyperactivity Deficit Disorder- diqqət əksikliyi), əqli geriləmə və Asperger(sosial fəaliyyətə qatılma çətinliyi) kimi nörogelişimsel xəstəliklər mövcuddur. Bunların çoxu kimyasal maddələrə, emal olunmuş qida, onurğa zədəsi və oturaq həyat tərzinə görə yaranır. Təbbi diet və fitri həyat tərzi beynin inkişafına,İQ səviyyəsini yüksəltməyə və öyrənmə prosesini artırmağa inanılmaz yararlıdır.

Britaniyada tətqiqatçılar müəyyən edib ki, yararsız və ya emal olunmuş ərzaqlar uşaqların İQ səviyyəsini aşağı sala bilər. 8 yaşa qədər erkən inkişaf yaşında zəif qidalanma aşağı İQ-ə səbəb olur.

Valideynlər arasında uşaqlarının digər şeylər arasında ən çox hansı qidaları qəbul  etdiyini yazmaları xahiş olunarkən aydın oldu ki, üç qida rejimi vardır.

  1. çox süurla seçilmiş sağlam qidalanmadır, ona saladlar, meyvə-tərəvəz, makaron və düyü aiddir.
  2. ət və tərəvəz yeməkləri aiddir
  3. yağlı, emalolunmuş və şəkərli yeməklər aiddir

Uşaqların İQ səviyyəsi 8 yaşında yenidən ölçülür və aydın oldu ki, meyvə-tərəvəz, saladla qidalananlar və ayaqüstü yeməklərlə qidalanan arasında mühüm fərqlər var. Emal olunmuş qidalar qəbul edən uşaqların İQ səviyyəsi 101 olduğu halda daha sağlam qidalananlarınki 106dır. Hər yağ artımına görə İQ səviyyəsinin 1.67ə qədər düşdüyü müəyyən olundu..

Sağlam, tarazlaşdırılmış qida rejimi hər sahədə sağlam saxladığı üçün  uşağın İQ səviyyəsini artırmaqda mühüm əhəmiyyət kəsb edir. Ona görədə , xüsusəndə erkən inkişaf dövründə, uşaqların sağlam  təzə yeməklərlə qidalanmasını, atışdırmalıq, zərərli qidalardan imtina etməsini təmin etmək vacibdir. Erkın yaşda yararsız qidaların qəbulu fəsadlar törədir. Aşağı İQ səviyyəsi olan uşaqlar məktəbdə çətinliklərin öhdəsindən gəlməkdə çətinlik çəkir, yoldaşlarıyla münasibətdə təzyiqlərlə üzləşir. Çox erkən yaşdan uşaqlara təzə, zəngin tərkibli yeməkləri yeməyi təmin etmək, zərərli, yağlı yeməkləri tərgitməyi təmin etmək lazımdır.

 

Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər