Cavab bu qədər sadədir: uğurlu insanlar qazandıqları haqqında düşünür və danışırlar, uğursuz insanlar isə yalnız itirdikləri üzərinə fokuslanırlar.

Uğuru istəmək və uğurlu olmaq arasındakı boşluğu necə doldurursuz? Aydındır ki, nəyisə istəmək və nəyisə olmaq arasında fərq var. Istəmək yoxdur, nəisə çatışmır deməkdir. Olmaq isə sənə məxsusdur, sənindir deməkdir.

Beyninə nəsə gəldikdə fikirlərini istəmək üzərində cəmləsən beynində sonsuz hasarlar hörüləcək ancaq olmasını düşünsən artıq o sənindir deməkdir. Tətqiqatlar göstərir ki, beynin şüurda olan hadisələrlə realda olub-bitənləri ayırd edə bilmir.

Xoşbəxt həyat qurmaq uğur qazanmaqdan keçir və uğurun aşağıdakı mərhələlərinə əməl etməklə onu əldə edə bilərsən.

  1. Nə olmaq və nə yaratmaq istədiyini dəqiq müəyyənləşdir.

Insanlarda olan ən böyük problem budur. Insanlar nə istədiklərini dəqiq bilmirlər və sonra qazana bilməyəndə təəccüb edirlər.

  1. Məqsədini aydın detallarla yaz.

Yazılmamış məqsəd sadəcə arzudur. Onu bütün detallarıyla yazanda sən şüuraltına siqnal göndərirsən ki, mən bunun öhdəsindən gələ bilərəm.

  1. Məqsədləri kifayət qədər sadə sözlərlə və indiki zamanda yaz

Kiçik yanında gəzdirə biləcəyin not vərəqlərində yazıb gün ərzində iki dəfə səhər yuxudan durarkən və axşam yatmazdan əvvəl təkrar edərək təhtəlşüurda möhkəmlətmək olar məqsədləri.

  1. Əvvəlcədən planla

məqsədinin nail olunduğunu gör və tələb olunan bütün mərhələləri müəyyən et. Bu onların həyata keçirilməsini asanlaşdıracaq. Bu mərhələlərin müəyyən edilməsi sənin arzunu dahada qüvvətləndirəcək.

  1. Siyahıdakı mərhələlərdən birindən ən gündə bir hissəni həll et

Bir şeyi hərgün etməklə, azda olsa bir addım atmaq məqsədə dahada yaxınlaşdırır həmdə yüksək əhval-ruhiyyəni saxlamaqda kömək edir.

  1. Məqsədini ardıcıl olaraq vizuallaşdır

Düşüncə gözüylə görmək artıq onun reallığa çevrilməsi deməkdir. Məqsədin daha aydın və kəskin forması onun daha sürətlə həyata keçməsi deməkdir.

  1. Məqsədinə nail olmuş kimi uğuru hiss et

Xoşbəxtliyi, razılığı, hiss et ki, məqsədinə nail olasan. Heç olmasa bir dəfədə 20 saniyə uğuru vizuallaşdır və hiss et.

  1. Beynini rahatlat

Hər gün nəfəs almaq, dua, meditasiya üçün vaxt ayır. Stress əvəzinə rahatlamış vəziyyəti özünə vərdiş halına gətir.

  1. Məqsədini təhtəlşüuruna yerləşdir.

Məqsədini tamamilə evrenin gücünə təslim etsən, biləcəysən ki, doğru anda doğru hərəkətləri etmisən.

  Yalnız bir məqsəd və ya ideya ilə başla və müvəffəqiyyətə çatana qədər məşq et. Onu bir oyun halına gətir və əylən. Daha rahat əldə etmək, nail olmaq daha asan olacaq. 

GÜLNAR QƏDİRLİ

Paylaş:

Etiketlər:liderlik,telim,seminar,camp,training

Fikirlər